İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən UNEC-in müəllim və tələbələri üçün seminar keçiriləcək.
Seminarda Dövlət Xidmətinin fəaliyyət istiqamətləri, işə qəbul prosesi, eləcə də qurumun ölkə iqtisadiyyatındakı rolu barədə məlumat veriləcək.
Seminar 28 fevral, saat 15:00-da UNEC-in əsas binasının akt zalında təşkil olunacaq.