“Qarabağda turizm-rekreasiya potensialının qiymətləndirilməsi və inkişaf perspektivləri” mövzusunda seminar keçiriləcək

01 Fevral 2023
view197
Seminarlar

UNEC-də “Şuşa İli” çərçivəsində Tədqiqat Mərkəzlərinin İşinin Əlaqələndirilməsi və Təşkili Şöbəsi və UNEC Qarabağ İqtisadi Araşdırmalar Mərkəzinin təşkilatçılığı ilə “Qarabağda turizm-rekreasiya potensialının qiymətləndirilməsi və inkişaf perspektivləri” mövzusunda onlayn seminar keçiriləcək.

UNEC Qarabağ İqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri prof. Şəfa Əliyevin moderatorluğu ilə keçiriləcək seminarda Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının İnzibati idarəetmə fakültəsinin dekanı, prof. Xatirə Hüseynova - “Qarabağ iqtisadi rayonunda turizmin inkişaf prioritetləri”; UNEC Qarabağ İqtisadi Araşdırmalar Mərkəzinin tədqiqatçısı, Bakı Mühəndislik Universitetinin İqtisadiyyat kafedrasının dosenti Fərid Cəbiyev - “Qarabağ iqtisadi rayonunun turizm-rekreasiya potensialı və perspektivləri"; Naxçıvan Dövlət Universitetinin dosenti Əli Cabbarov - “Naxçıvan-Qarabağ turizm potensialının reinteqrasiyası və turizm marşrutlarının formalaşdırılması imkanları” mövzularında təqdimatla çıxış edəcəklər.

13 fevral 2023-ci il tarixində saat 14:30-da keçiriləcək seminara ZOOM platforması üzərindən https://zoom.us/j/97511396387 (kod: 595435) linki vasitəsilə qoşula bilərsiniz.

Seminar UNEC Tədqiqat Mərkəzlərinin İşinin Əlaqələndirilməsi və Təşkili Şöbəsinin rəsmi facebook səhifəsi üzərindən canlı yayımlanacaq.

CTRL+Enter

Mətndə səhv varsa, onu qeyd edib 𝘤𝘵𝘳𝘭+𝘦𝘯𝘵𝘦𝘳 düyməsini basaraq bizə göndərə bilərsiniz.

Təşəkkür edirik!