Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Mərkəzi Karyera Filialı tərəfindən 24 fevral tarixində Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında tələbələr üçün “Tələbə İnkişaf Platforması (TİP)” layihəsi çərçivəsində “TİPx 8: Uğurlu gələcək üçün” konfransı keçiriləcək.
Konfransın keçirilməsinin məqsədi tələbələri düzgün karyera planlamasının əhəmiyyəti, əmək bazarı, müasir dövrün tələbləri, məşğulluq imkanları və digər mövzular barədə maarifləndirməkdir.
Tədbirin spikerləri və mövzuları:
“Mən 2.0” – Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov;
– “Rəqəmsal əsrdə gənclərin karyera imkanları” – İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin rəhbəri İnarə Vəliyeva;
– “Peşəkar Səriştələrin İnkişafının 5 Mərhələsi” – Təhsil Tələbə Krediti Fondunun rəhbəri Araz Paşayev;
– “Tələbələrin karyera qurmalarında universitetlərin rolu” – Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov
Son qeydiyyat tarixi: 21 fevral 2023-cü il
QEYDİYYAT
Əlaqələndirici struktur: UNEC Karyera mərkəzi
e-mail: [email protected]
+99412 (1846) daxili 1132