2022-ci il üzrə QS Regional Reytinqində UNEC “İşəgötürənlər reputasiyası” üzrə ölkə birincisidir

16 Dekabr 2021
view196
 

UNEC_180221QS Reytinq Agentliyinin 2022-ci il üçün “QS İnkişaf Etməkdə olan Avropa və Mərkəzi Asiya” regionu üzrə reytinqi açıqlanıb.


Reytinqdə UNEC 221-230-cu yerlərdə qərarlaşıb. Builki reytinqə regiondan 450 universitet daxil olub. Azərbaycandan isə 7 ali təhsil müəssisəsi bu reytinqə daxil ola bilib.

Reytinq sıralamasında UNEC-in əldə etdiyi ən yaxşı nəticə “İşəgötürənlər reputasiyası” (20% çəkiyə malikdir) indikatoru üzrə olub. Belə ki, region universitetləri arasında 96-cı ən yaxşı nəticəni əldə edən UNEC Azərbaycan universitetləri arasında birinci yerdə qərarlaşıb.

UNEC Akademik reputasiya (30% çəkiyə malikdir) indikatoru üzrə 14 pillə irəliləyərək, Azərbaycan universitetləri üzrə ikinci ən yaxşı nəticəni göstərib və regionda 122-ci yerdə qərarlaşıb.

*

https://news.unec.edu.az/xeber/125-universitet/8239-bold-red-2022-ci-il-uzre-gs-regional-reytinginde-unec-ishegoturenler-reputasiyasi-uzre-olke-birincisidir-bold-red

İctimaiyyətlə əlaqə:

Əsas tədris binası, 201-ci otaq Tel: (012) 1846 (daxili 1159)

Arxiv

CTRL+Enter

Mətndə səhv varsa, onu qeyd edib 𝘤𝘵𝘳𝘭+𝘦𝘯𝘵𝘦𝘳 düyməsini basaraq bizə göndərə bilərsiniz.

Təşəkkür edirik!