Azərbaycanda Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi ADİU-da mühazirə keçib
03 Fevral 2015
156
Mühazirədə çıxış edən Bank işi kafedrasının müdiri, professor Zahid Məmmədov bildirib ki, banklardan nümayəndələr dəvət olunaraq tələbələrə mühazirələr, seminarlar keçəcəklər, həmçinin tələbələrə banklarda təcrübə keçmək imkanı yaradılacaq.
Sonra Azərbaycanda Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi Ramil Tahirov magistrlara mühazirə keçib. Sığorta Fondunun yaranmasının əhəmiyyəti, məqsədləri barədə magistrlara ətraflı məlumat verib.
Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.