Elm festivalında yaradıcı industriya və dizayn sahəsində innovasiyalar müzakirə olunub

06 Mart 2023
view1025
Elm

Elm festivalı çərçivəsində UNEC Dizayn məktəbinin təşkilatçılığı ilə “Yaradıcı industriya və dizayn: incəsənət və texnologiya kəsişməsində” mövzusunda elmi seminar keçirilib.

UNEC Dizayn məktəbinin direktoru dos.Lalə Məmmədovanın moderatorluğu ilə keçirilən tədbirdə Dizayn kafedrasının professor-müəllim heyəti və tələbələr iştirak ediblər.

Elmi fəaliyyətin təşkili və idarə edilməsi departamentinin direktoru, professor Zahid Məmmədov universitetin elmi nailiyyətlərindən və elmi fəaliyyətin uğurlu təşkili üçün atılan addımlardan danışıb. Həmçinin iqtisadi inkişafın hədəflərinin düzgün müəyyən edilməsində dizaynın rolunun zəruri olduğunu bildirib.

Tədbirdə Dizayn kafedrasının müəllimləri mövzu üzrə maraqlı təqdimartlarla çıxış ediblər. Gülçöhrə Salehzadə moda sənayəsində incəsənət və texnologiyanın kəsişməsindən, futuristik stilin yaranması, inkişafı, istifadə sahələri, populyarlığının əsas səbəbləri haqqında məlumat verib. Pərvin Namazova tekstil sənayesindəki innovativ yeniliklərdən danışıb. O, tekstil sahəsindəki ən son yeniliklərdən olan nanotexnologiyaların tekstil fabriklərindəki parça istehsalı zamanı iqtisadi cəhətdən önəmini vurğulayıb. Eyni zamanda öz təcrübəsi zamanı hazırladığı parça nümunələrini tədbir iştirakçıları ilə bölüşüb.

Tədbir mövzu ətrafında diskussiya ilə davam edib.

İctimaiyyətlə əlaqə:

Əsas tədris binası, 201-ci otaq Tel: (012) 1846 (daxili 1159)

Arxiv

CTRL+Enter

Mətndə səhv varsa, onu qeyd edib 𝘤𝘵𝘳𝘭+𝘦𝘯𝘵𝘦𝘳 düyməsini basaraq bizə göndərə bilərsiniz.

Təşəkkür edirik!