Gənc MÜSİAD Azərbaycan nümayəndələri ilə UNEC nümayəndələri arasında görüş keçirildi

11 Fevral 2022
view168
 
Görüşdə HİK sədri Rüfət Süleymanlı, Gənc MÜSİAD Azərbaycan sədri Tural Süleymanlı, Gənc MÜSİAD Azərbaycan üzvləri, UNEC Maliyyə mühasibat fakültəsinin dekanı Hafiz Hacıyev , UNEC Ömürboyu təhsil mərkəzinin direktoru Məmmədli Qələndər, THİK sədri Əliyev İlkan iştirak etmişdir.

İş adamları arasında əməkdaşlığın inkişafı, birgə həyata keçirilə biləcək layihələr barədə ətraflı müzakirələr aparılmış, UNEC-də “Üfüq Azərbaycan”(Gənclərin İş Dünyasına İnteqrasiyası) panel diskussiya proqramının və başqa sosial-iqtisadi layihə, tədbirlərin keçirilməsi planlaşdırılmışdır.

UNEC və MÜSİAD Azərbaycan əməkdaşlığı və mütəmadi olaraq görüşlərin artırılması qərarına gəlinmişdir.

Sonda MÜSAİD Azərbaycan sədri UNEC kollektivinə kitab və qiymətli hədiyyə təqdim  edərək, xatirə şəkli şəkdirmişdi.

shttps://news.unec.edu.az/xeber/125-universitet/8395-genc-musiad-azerbaycan-numayendeleri-ile-azerbaycan-dovlet-igtisad-universiteti-unec-numayendeleri-arasinda-gorush-kechirildi

İctimaiyyətlə əlaqə:

Əsas tədris binası, 201-ci otaq Tel: (012) 1846 (daxili 1159)

Arxiv

CTRL+Enter

Mətndə səhv varsa, onu qeyd edib 𝘤𝘵𝘳𝘭+𝘦𝘯𝘵𝘦𝘳 düyməsini basaraq bizə göndərə bilərsiniz.

Təşəkkür edirik!