“İstiqlaliyyət 6” ünvanı üzrə ərazi partiya təşkilatına yeni sədr seçilib

14 Oktyabr 2022
view217
Universitet

Yeni Azərbaycan Partiyasının yaradılmasının 30 illiyi çərçivəsində UNEC-də ərazi partiya təşkilatının hesabat-seçki yığıncağı keçirilib.

Tədbirin açılışında şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

UNEC-in rektoru professor Ədalət Muradov ulu öndər Heydər Əliyevin əsasını qoyduğu Yeni Azərbaycan Partiyasının 30 illiyi münasibətilə iştirakçıları təbrik edərək, partiyanın yaradılmasının müasir tariximizin ən mühüm ictimai-siyasi hadisələrindən biri olduğunu deyib. Regionun ən böyük partiyasının Azərbaycanın uğurlu gələcəyi, inkişafı və dövlətçiliyimizin qorunması naminə 30 ildir ki, uğurla fəaliyyət göstərdiyini bildirib. Rektor YAP sıralarında UNEC-in 1000-ə yaxın əməkdaşının təmsil olunduğunu, bu sıraların ildən-ilə daha da genişləndiyini diqqətə çatdırıb.

Yığıncaqda iştirak edən Yeni Azərbaycan Partiyasının Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev YAP-ın yaranma tarixindən söz açıb. O, Yeni Azərbaycan Partiyasının xalqımızı ulu öndərin ideyaları ətrafında sıx birləşdirərək, ümumxalq partiyasına çevrildiyini, eyni zamanda, ölkədə demokratiyanın inkişafında aparıcı qüvvə kimi özünü təsdiqlədiyini bildirib. M.Nağıyev  Yeni Azərbaycan Partiyasının üzərinə düşən mühüm vəzifələrdən, perspektiv fəaliyyət istiqamətlərindən də söz açıb.

“İstiqlaliyyət 6” ünvanı üzrə ərazi partiya təşkilatının sədri Mikayıl Zeynalov hesabatla çıxış edərək, görülmüş işlər, qazanılmış uğurlar və qarşıda duran vəzifələrdən danışıb.

Hesabat dinlənildikdən sonra Muxtar Nağıyev “İstiqlaliyyət 6” ünvanı üzrə ərazi partiya təşkilatının fəaliyyətini yüksək qiymətləndirib, təşkilatın üzvlərinin ölkədə baş verən ictimai-siyasi proseslərdə fəal iştirak etdiyini vurğulayıb. M.Nağıyev Mikayıl Zeynalovun vəzifə dəyişikliyi ilə əlaqədar ərazi təşkilatna yeni sədrin seçiləcəyəni bildirib.

Sonra “İstiqlaliyyət 6” ünvanı üzrə ərazi partiya təşkilatına yeni sədr və sədr müavini seçkiləri keçirilib. UNEC-in Audit şöbəsinin müdiri Hikmət Babayevin təşkilatın yeni sədri, Qiyabi təhsil şöbəsinin müdiri Yalçın Köçərli isə sədr müavini seçilib. Muxtar Nağıyev yeni sədri və müavini təbrik edərək, onlara fəaliyyətlərində uğurlar arzulayıb.

“İstiqlaliyyət 6” ünvanı üzrə ərazi partiya təşkilatının yeni sədri Hikmət Babayev ona göstərilən etimada görə təşəkkürünü bildirərək, qarşıya qoyulan tapşırıqları məsuliyyətlə yerinə yetirəcəyini bildirib.

Sonra Muxtar Nağıyev “İstiqlaliyyət 6” ünvanı üzrə ərazi partiya təşkilatının keçmiş sədri Mikayıl Zeynalova YAP-ın Fəxri Fərmanını təqdim edib.

Tədbirdə YAP-a yeni üzv olmuş UNEC-in müəllim, tələbə və əməkdaşlarına vəsiqələr verilib.

İctimaiyyətlə əlaqə:

Əsas tədris binası, 201-ci otaq Tel: (012) 1846 (daxili 1159)

Arxiv

CTRL+Enter

Mətndə səhv varsa, onu qeyd edib 𝘤𝘵𝘳𝘭+𝘦𝘯𝘵𝘦𝘳 düyməsini basaraq bizə göndərə bilərsiniz.

Təşəkkür edirik!