“McKinsey & Company” Beynəlxalq İqtisadiyyat Məktəbi ilə əməkdaşlıq edəcək

09 İyun 2022
view213
 

“McKinsey & Company”nin nümayəndələri UNEC-in Beynəlxalq İqtisadiyyat Məktəbi (İSE) tələbələri ilə görüşüblər.


Görüş zamanı tələbələr “McKinsey & Company” şirkətinin karyera imkanları ilə tanış olublar. Şirkət nümayəndələri tələbələrin dünyagörüşünü, bilik və bacarıqlarını, eyni zamanda “McKinsey & Company”da çalışa bilmək potensilını müəyyən etmək məqsədilə rəsmi görüşdən sonra onlarla fikir mübadiləsi aparıblar.

Tələbələrlə görüşdən sonra “Mckinsey & Company” və Beynəlxalq İqtisadiyyat Məktəbinin nümayəndələri arasında bir neçə istiqamət üzrə əməkdaşlıq imkanları müzakirə olunub.

Qeyd edək ki, McKinsey & Company şirkəti son 5 ildə yalnız ADA Universiteti ilə əməkdaşlıq istiqamətində müzakirələr ararıb və tələbələrlə görüşüb.

*

https://news.unec.edu.az/xeber/105-telebe/8957-mckinsey-company-beynelxalg-igtisadiyyat-mektebi-ile-emekdashlig-edecek

İctimaiyyətlə əlaqə:

Əsas tədris binası, 201-ci otaq Tel: (012) 1846 (daxili 1159)

Arxiv

CTRL+Enter

Mətndə səhv varsa, onu qeyd edib 𝘤𝘵𝘳𝘭+𝘦𝘯𝘵𝘦𝘳 düyməsini basaraq bizə göndərə bilərsiniz.

Təşəkkür edirik!