Türkiyə səfiri UNEC-də olub

26 Oktyabr 2021
view172
 

Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Cahit Bağçı UNEC-də olub.


UNEC rektoru professor Ədalət Muradovla görüşdə UNEC ilə Türkiyə universitetləri arasında əməkdaşlıq imkanları müzakirə olunub. Rektor səfirə UNEC-in müəllim və tələbələrinin Türkiyənin aparıcı universitetlərində təcrübə və mübadilə proqramlarında iştirak etdiyini, bu əlaqələrin daha da genişləndirilməsində maraqlı olduğunu bildirib. Görüşdə Türk Dünyası İqtisad Fakültəsinin Türkiyə ali təhsil sisteminə tam inteqrasiya edilməsi, türk dilində nəşr edilən yeni dərsliklərlə TUDİFAK-ın təmin edilməsi barədə də fikir mübadiləsi aparılıb.

UNEC-in əldə etdiyi uğurlardan məmnunluğunu bildirən səfir Cahit Bağçı qardaş ölkə universitetlərinin əməkdaşlıq əlaqələrinin daha da inkişaf etdiriləcəyindən əminliyini ifadə edib.

*

https://news.unec.edu.az/xeber/125-universitet/7974-bold-red-turkiye-sefiri-unec-de-olub-bold-red

İctimaiyyətlə əlaqə:

Əsas tədris binası, 201-ci otaq Tel: (012) 1846 (daxili 1159)

Arxiv

CTRL+Enter

Mətndə səhv varsa, onu qeyd edib 𝘤𝘵𝘳𝘭+𝘦𝘯𝘵𝘦𝘳 düyməsini basaraq bizə göndərə bilərsiniz.

Təşəkkür edirik!