UNEC-də “Elmi fəaliyyətin etikası” mövzusunda diskussiya aparılıb

10 Mart 2023
view224
Elm

UNEC-də Elm festivalı çərçivəsində İqtisadiyyat Nazirliyi İqtisadi Elmi Tədqiqat İnstitutunun İdarə Heyəti sədrinin birinci müavini, UNEC-in Rəqəmsal Texnologiyalar və tətbiqi informatika kafedrasının professoru Arzu Hüseynovanın iştirakı ilə “Elmi fəaliyyətin etikası” mövzusuna həsr olunan tədbir keçirilib.

UNEC-in Elmi fəaliyyətin təşkili və idarə edilməsi departamentinin direktoru professor Zahid Məmmədov tədbiri giriş sözü ilə açaraq, mövzunun aktuallığını iştirakçıların diqqətinə çatdırıb.

Sonra professor Arzu Hüseynova elmə verilən dəyərdən və elmi fəaliyyətdə etik qaydalardan bəhs edib. Eyni zamanda elmi fəaliyyət etikasının təsnifatı, yaranma zəruriyyəti, elmi etik normalar və elmi etikanın prinsiplərini diqqətə çatdırıb, dünyanın məşhur alimlərinin elmi etika ilə bağlı fikirlərini iştirakçılarla bölüşüb.

Görüşdə professor-müəllim heyəti və tələbələrlə elmi etika ilə təhsil etikası arasındakı əlaqə müzakirə edilib, mövzu ilə bağlı fikir mübadiləsi aparılıb.

İctimaiyyətlə əlaqə:

Əsas tədris binası, 201-ci otaq Tel: (012) 1846 (daxili 1159)

Arxiv

CTRL+Enter

Mətndə səhv varsa, onu qeyd edib 𝘤𝘵𝘳𝘭+𝘦𝘯𝘵𝘦𝘳 düyməsini basaraq bizə göndərə bilərsiniz.

Təşəkkür edirik!