UNEC-də ilk: İnzibati heyətin xidməti fəaliyyəti qiymətləndirildi

21 İyul 2023
view260
Universitet

UNEC-də inzibati heyətin xidməti fəaliyyətinin qiymətləndirilməsinin nəticələri müzakirə olunub.

Müzakirələrdə UNEC rektoru professor Ədalət Muradov və struktur rəhbərləri iştirak ediblər.

UNEC-in intellektual məhsulu olan və 2022-ci ilin may ayından tətbiq edilən qiymətləndirmə sisteminin məqsədi universitetdə inzibati işçilərin rəqabətini stimullaşdırmaq, inzibati proseslərin keyfiyyətini və səmərəliliyini artırmaq, eləcə də diferensial əmək haqqı sisteminə keçidi təmin etmək olub.

UNEC Ekstern Mərkəzinin rəhbəri Zaur Əzizov inzibati heyətin bir illik xidməti fəaliyyəti barədə təqdimatla çıxış edərək fakültə, kafedra və struktur bölmələr üzrə rəhbər şəxslərin, eləcə də əməkdaşların qiymətləndirilməsinin nəticələrini açıqlayıb. Bildirilib ki, 7 kriteriya və 20 meyar üzrə 1-5 bal arasında aparılan qiymətləndirmədə ümumilikdə 737 əməkdaş iştirak edib.

Təqdimatdan sonra müzakirələr aparılıb. Qiymətləndirmə sisteminin əməkdaşların stimullaşdırılması, onlar arasında sağlam rəqabət mühitinin formalaşdırılması, eyni zamanda UNEC-in hədəfləri istiqamətində inzibati proseslərin keyfiyyətinin artırmasında mühüm rol oynayacağı qeyd olunub.

Qeyd edək ki, UNEC-də 2015-ci ildən pedaqoji işçilərin fəaliyyətinin qiymətləndirilməsini təmin edən diferensial əməkhaqqı sistemi tətbiq olunur. Uğurla tətbiq olunan sistemin məqsədi pedaqoji heyətin motivasiyasını təmin etmək, müəllimlər arasında rəqabət mühitini gücləndirmək və elmi fəaliyyəti stimullaşdırmaqdır.

İctimaiyyətlə əlaqə:

Əsas tədris binası, 201-ci otaq Tel: (012) 1846 (daxili 1159)

Arxiv

CTRL+Enter

Mətndə səhv varsa, onu qeyd edib 𝘤𝘵𝘳𝘭+𝘦𝘯𝘵𝘦𝘳 düyməsini basaraq bizə göndərə bilərsiniz.

Təşəkkür edirik!