23-26 iyun tarixlərində UNEC-in təşkilatçılığı ilə İqtisadiyyat və İdarəetmə Sahəsində Tədqiqatçıların IV Beynəlxalq Elmi Konfransı keçiriləcək.
Konfransa ABŞ, Almaniya, Fransa, İtaliya, İsveçrə, Çin, Macarıstan, Polşa, İspaniya, İsrail də daxil olmaqla, dünyanın 30-a yaxın ölkəsindən 600-dən çox tədqiqat işini təqdim edilib. Həmin məruzələrdən elm komitəsi tərəfindən seçilmiş ən keyfiyyətli məqalələr SCOPUS platformasında indekslənəcəkdir. Konfransda seçilmiş tədqiqat işlərindən ibarət “Qarabağ və Şərqi Zəngəzurda investisiyalar”, “Qarabağda biznes mühiti və KOB-ların inkişafı” və “Qarabağın iqtisadi potensialının sektoral qiymətləndirilməsi” adlı 3 kitabın təqdimatı keçiriləcək. Konfransda 50-dən çox tanınmış mütəxəssisin iştirakı ilə aktual mövzularda “workshop”lar da təşkil olunacaq.
Konfrans çərçivəsində yerli və beynəlxalq nüfuzlu qurumların iştirakı ilə “Green Day” təşkil olunacaqdır ki, burada yaşıl iqtisadiyyat və yaşıl artımla bağlı mövzuların müzakirəsi aparılacaq.
Konfransın açılışı “Baku Marriott Hotel Boulevard”da təşkil olunacaq.
*
https://news.unec.edu.az/xeber/100-elm/8976-bold-red-unec-de-novbeti-beynelxalg-tedbir-igtisadiyyat-ve-idareetme-sahesinde-tedgigatchilarin-iv-beynelxalg-elmi-konfransi-bold-red