UNEC-də 2021/2022-ci tədris ilinin qış imtahan sessiyasının ilk “Açıq qapı” günü keçirilib.
“Açıq qapı”da rektor professor Ədalət Muradov, UNEC İctimai Nəzarət Şurasının sədri, millət vəkili Etibar Əliyev, millət vəkili Arzu Nağıyev, “Modern” Media Qrupunun baş direktoru, Parlament Jurnalistləri Birliyinin sədri Elşad Eyvazlı, “Təhsil Şurası” İctimai Birliyinin sədri, professor Hikmət Əlizadə və universitetin müvafiq struktur rəhbərləri qəbula yazılan 2 tələbənin imtahanla bağlı müraciətini dinləyiblər.
Tələbələrin müraciətləri digər ali təhsil müəssisəsində fənnin kreditinin qazanlmasına icazə verilməsi və fənni dinləmədən təkrar imtahanın təşkili barədə olub. Müraciətlər dinlənildikdən sonra yerindəcə həllini tapıb.
İctimai Nəzarət Şurasının üzvləri imtahanla bağlı müraciətlərin azlığını UNEC-də tədrisin keyfiyyətinin yüksəldilməsi istiqamətində aparılan islahatların müsbət nəticəsi kimi qiymətləndiriblər.
Xatırladaq ki, növbəti “Açıq qapı” günü yanvarın 22-də keçiriləcək.
shttps://news.unec.edu.az/xeber/125-universitet/8313-unec-de-gish-imtahan-sessiyasinin-ilk-achig-gapi-gunu-kechirilib