UNEC-də ÜTT üzrə Beynəlxalq Tədqiqat Mərkəzi yaradılacaq

27 Aprel 2023
view271
Universitet

Azərbaycan Respublikasının BMT-nin Cenevrədəki bölməsi və digər beynəlxalq təşkilatlar yanında nümayəndəsi Qalib İsrafilovun iştirakı ilə Ümumdünya Ticarət Təşkilatının (ÜTT) Azərbaycan üzrə işçi qrupun sədri, Türkiyənin ÜTT yanındakı daimi nümayəndəsi cənab Alpaslan Acarsoyun rəhbərlik etdiyi nümayəndə heyəti UNEC-də olub.

UNEC-in rektoru, professor Ədalət Muradov və müvafiq struktur rəhbərlərinin iştirakı ilə keçirilən görüşdə ÜTT-nin nümayəndələrinə universitet barədə məlumat verilib.

Sonra Azərbaycanın ÜTT-yə üzvlük prosesinin cari vəziyyəti və qarşıda duran məsələlər, eləcə də həmin prosesdə akademik dairələrin rolu barədə müzakirələr aparılıb. Sonda UNEC-də ÜTT ilə birlikdə ÜTT üzrə Beynəlxalq Tədqiqat Mərkəzinin yaradılmasına dair qərar verilib.

İctimaiyyətlə əlaqə:

Əsas tədris binası, 201-ci otaq Tel: (012) 1846 (daxili 1159)

Arxiv

CTRL+Enter

Mətndə səhv varsa, onu qeyd edib 𝘤𝘵𝘳𝘭+𝘦𝘯𝘵𝘦𝘳 düyməsini basaraq bizə göndərə bilərsiniz.

Təşəkkür edirik!