UNEC “Dizayn” ixtisası üzrə Türkiyənin Eskişehir Texniki Universiteti ilə ikili diplom proqramı reallaşdıracaq

18 Oktyabr 2022
view246
Universitet

UNEC rektoru professor Ədalət Muradov Türkiyənin Eskişehir Texniki Universitetinin (ESTU) rektoru prof. Tuncay Döğeroğlunun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.


Görüşdə professor Ədalət Muradov UNEC-in tədris prosesi, akademik heyəti, beynəlxalq əlaqələri barədə məlumat verib. O, UNEC-in dünyanın bir çox nüfuzlu universitetləri ilə əməkdaşlıq etdiyini, ikili diplom, mübadilə və birgə diplom proqramları həyata keçirdiyini diqqətə çatdırıb.

Rektor prof. Tuncay Döğeroğlu Eskişehir Texniki Universitetinin təhsil imkanları barədə məlumat verdikdən sonra, hər iki universitet arasında əməkdaşlıq imkanları müzakirə olunub.

Müzakirələrdən sonra UNEC ilə Eskişehir Texniki Universiteti arasında “Dizayn” ixtisası üzrə ikili diplom proqramına dair müqavilə imzalanıb.

*

https://news.unec.edu.az/xeber/125-universitet/8931-bold-red-unec-dizayn-ixtisasi-uzre-turkiyenin-eskishehir-texniki-universiteti-ile-ikili-diplom-programi-reallashdiracag-bold-red

İctimaiyyətlə əlaqə:

Əsas tədris binası, 201-ci otaq Tel: (012) 1846 (daxili 1159)

Arxiv

CTRL+Enter

Mətndə səhv varsa, onu qeyd edib 𝘤𝘵𝘳𝘭+𝘦𝘯𝘵𝘦𝘳 düyməsini basaraq bizə göndərə bilərsiniz.

Təşəkkür edirik!