UNEC ilə Azərbaycan Sığortaçılar Assosiasiyası (ASA) arasında əməkdaşlıq haqqında memorandumun imzalanması mərasimi keçirilib.
Rektor professor Ədalət Muradov və ASA-nın İcraçı direktoru Elmar Mirsalayev arasında imzalanan memorandumda tələbələr arasında sığorta savadlılığının artırılıması, innovativ fəaliyyətin birgə təşkili, təhsil və sığorta xidmətləri sahəsində müasir texnologiyaların və elmi inkişafın qarşılıqlı əlaqələndirilməsi, sığorta sektorunda çalışanların tədrisə cəlb olunması, birgə layihə və tədqiqatların, aparılması, konfrans, təlim və seminarların təşkili nəzərdə tutulub. Sənəddə tələbələrin sığorta şirkətlərində mövcud vakant vəzifələr haqda məlumatlandırılması məqsədilə universitetdə“Karyera günləri”nın keçirilməsi də əks olunub.