UNEC-in 165 əməkdaşı yeni fənlərin tədrisi üzrə sertifikat qazandı

07 Aprel 2023
view225
Müəllim

UNEC-də  37 yeni fənn üzrə təlim proqramını uğurla bitirən 165 müəllimə sertifikatların təqdimolunması mərasimi keçirilib.

Tədbirdə çıxış edən tədris üzrə prorektor dosent Gəray Musayev keçirilən təlimlərin əhəmiyyətindən danışıb. Müəllimlərin təlimlərdə əldə etdikləri bilik və bacarıqlarının tədrisin keyfiyyətinə müsbət təsir edəcəyindən əminliyini ifadə edərək, onlara fəaliyyətlərində uğurlar arzulayıb.

Tədrisin metodiki və keyfiyyət təminatı mərkəzinin direktor müavini dosent Sevda Sərdarova müəllimlərin yeni fənlər üzrə biliklərinin artırılması istiqamətində təlimlərin davam etdirildiyini bildirib. O, hazırda Türkiyədən dəvət olunan professor və dosentlərin iştirakı ilə UNEC-də 6-cı təlim proqramına start verildiyini diqqətə çatdırıb.

Sonda təlimçilər tərəfindən iştirakçılara sertifikatlar təqdim olunub.

Qeyd edək ki, fənlərin tədrisinin keyfiyyətli təşkil edilməsi məqsədilə keçirilən təlimlər Türkiyənin Hacettepe, İstanbul, Ankara, Yıldız Teknik, Qazi, Artvin Çoruh universitetlərindən və  Rusiyanın Moskva Dövlət Qida İstehsalı Universitetindən dəvət olunmuş təlimçilərlə yanaşı, yerli təlimçilər tərəfindən 30 saatlıq proqram üzrə aparılıb.

İctimaiyyətlə əlaqə:

Əsas tədris binası, 201-ci otaq Tel: (012) 1846 (daxili 1159)

Arxiv

CTRL+Enter

Mətndə səhv varsa, onu qeyd edib 𝘤𝘵𝘳𝘭+𝘦𝘯𝘵𝘦𝘳 düyməsini basaraq bizə göndərə bilərsiniz.

Təşəkkür edirik!