UNEC-də Elektron Sənəd Dövriyyəsi Sisteminin (ESDS) 78 nəfər yeni istifadəçisi üçün növbəti praktiki təlim keçirilib.
Ümumi şöbə tərəfindən keçirilən təlimdə şöbə müdiri dosent Rəşad Muradov elektron sənəd dövriyyəsinin tətbiqinin idarəetmə sistemində operativliyin və obyektivliyin təmin edilməsi istiqamətindəki əhəmiyyətindən danışıb.
Sonra şöbənin əməkdaşı ESDS-in yeni istifadəçilərinə elektron kargüzarlığın tətbiqi qaydaları, sənədlərin hazırlanması, sənədlərin icrasına nəzarətin təşkili, elektron sənədlərlə bağlı kargüzarlığın aparılmasının xüsusiyyətləri və s. barədə təqdimatla çıxış edərək, elektron sənəd dövriyyəsinin funksionallığını real sistemdə nümayiş etdirib.
Təlim zamanı iştirakçıların sualları da cavablandırılıb.
Xatırladaq ki, UNEC-də 2015-ci ildən tətbiq olunan Elektron Sənəd Dövriyyəsi Sisteminin hazırda 280-yə istifadəçisi var.