Fevral ayında UNEC-də həyata keçirilən yeniliklər, eləcə də əldə olunan uğurlar barədə hesabatı təqdim edirik.
1.İsrailin Sapir Akademik Kolleci ilə əməkdaşlıq müqaviləsi imzalandı.
2.UNEC Dünya Biznes Mələkləri İnvestisiya Forumunun (WBAF) akademik partnyoru oldu.
3.UNEC-in MBA proqramının “Mühasibat uçotu” üzrə ixtisaslaşması 5 il müddətinə yenidən Beynəlxalq Mühasiblər Assosiasiyasının (IFAC) üzvü olan ACCA təşkilatında akkreditasiya olundu.
4.Bank of Baku ilə əməkdaşlıq memorandumu imzalandı.
5.UNEC-də kağızsız kargüzarlığa keçidə start verildi.
6.UNEC-də minatəmizləmə mövzusunda hakaton keçirildi.Ölkədə ilk dəfə olaraq keçirilən hakatonun məqsədi Qarabağın minalardan təmizlənməsinə və işlərin sürətli aparılmasına texnoloji ideyalar təklif etmək olub.
7.27 tələbə beynəlxalq mübadilə proqramı ilə Almaniya, Koreya, Litva, Bolqarıstan, Fransa, Polşa, Türkiyə, Macarıstan və İspaniya universitetlərində təhsil almaq hüququ qazandı.
8.4 dildə, 36 fənn üzrə 60 qrupda çevrilmiş tədris metodu (Flipped Education) tətbiq olunmağa başladı.
9.Magistraturaya qəbulda ən yüksək nəticəni (100 bal) UNEC-in tələbəsi Nihad Zeynallı göstərdi.
10.Beynəlxalq İqtisadiyyat Məktəbinin (ISE) tələbələri Fərid Əliyev ACCA imtahanında “Taxation” (vergitutma) üzrə, Anar Abbasov isə “Strategic Business Reporting” (Strateji Biznes Hesabatı) üzrə ölkə birincisi oldu.
11.UNEC-in 3 məzunu- Ülviyyə Axundova, Adilə Əliyeva, Cabbar Hüseynli Prezident mükafatı ilə təltif olundu.
12.“Heydər Əliyev İli”nə həsr olunan “Oxu mədəniyyəti” layihəsinə start verildi.
13.UNEC-də “Hay soyu ərmən cildində” kitabının təqdimatı keçirildi.
14.Dünyanın ən böyük Sosial Sahibkarlıq üzrə “Hult Prize” startup yarışının UNEC üzrə qalibi seçildi.
15.“Soft skills” (Yumşaq bacarıqlar) təlimlərini uğurla bitirən 500-ə yaxın müəllim və əməkdaşa sertifikatlar təqdim olundu.
16.445 müəllim üçün 50 yeni fənn üzrə xarici universitetlərin nüfuzlu mütəxəssisləri tərəfindən təşkil olunan IV Təlim Proqramı tamamlandı.