“Heydər Əliyev İli”nə həsr edilmiş “Oxu mədəniyyəti” kampaniyası çərçivəsində UNEC-in ənənəvi “KitabAt” layihəsi Bilgəh qəsəbəsində yerləşən Ahıl şəxslər üçün sosial xidmət müəssisəsində keçirilib.
Kitabxana-İnformasiya Mərkəzinin (KİM) əməkdaşları və Tələbə Həmkarlar İttifaqı Komitəsinin üzvləri UNEC kollektivinin layihəyə təqdim etdiyi kitabları müəssisənin qocaman sakinlərinə hədiyyə ediblər.
KİM-in əməkdaşları fiziki məhdudiyyətli ahılları otaqlarında ziyarət edərək, onlarla həmsöhbət olublar. Asudə vaxtlarında mütaliə etdikləri kitablarla maraqlanıblar və onlara kitab bağışlayıblar.
Novruz ziyarəti hər kəsə xoş və unudulmaz anlar yaşadıb.