UNEC-in Beynəlxalq İqtisadiyyat Məktəbinin (ISE) müəllim və tələbələri “Heydər Əliyev Zirvəsi”nə yürüş ediblər.
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü münasibətilə təşkil olunan yürüşdə UNEC kollektivi Azərbaycanın ən yüksək yaşayış məntəqəsi olan Xınalıq kəndindən piyada start götürərək, dəniz səviyyəsindən 3751 yüksəklikdə yerləşən zirvəni fəth ediblər.
Beynəlxalq İqtisadiyyat Məktəbinin müəllimləri Əhliman Qasımov, Zülfüqar İbrahimli, tələbələr Rəvan Namazov və Əli Qənbərli çətin relyef və hava şəraitindən keçərək, “Heydər Əliyev Zirvəsi”ndə ulu öndərin xatirəsini ehtiramla yad ediblər. UNEC kollektivi ulu öndərin barelyefinin qarşısında UNEC və ISE-nin bayrağını dalğalandırıblar.