Türk Dövlətləri Təşkilatı Türk Universitetlər Birliyinin (TÜRKÜNİB) Orhun proqramı çərçivəsində UNEC-də mübadilədə iştirak edən Türkiyənin Atatürk Universitetinin alimləri rektor professor Ədalət Muradovla görüşüblər.
Alimlərlə görüşdə iki universitet arasında əməkdaşlıq əlaqələrinin inkişafı, birgə elmi layihələrdə tərəfdaşlıq imkanları müzakirə edilib. Orhun mübadilə proqramının türk dövlətlərinin ali təhsil müəssisələri arasında əlaqələrinin inkişafındakı xüsusi əhəmiyyəti vurğulanıb.
Sonda türkiyəli alimlərə Orhun proqramının sertifikatları təqdim edilib.