UNEC rektoru professor Ədalət Muradov Türk Dünyası Araşdırmalar Vəqfi tərəfindən “Prof. Dr. Turan Yazgan Təhsil və Mədəniyyət Mükafatı” ilə təltif olunub.
Türk dünyasının önəmli simalarının layiq grüldüyü mükafat V İqtisadiyyat və İdarəetmə Sahəsində Araşdırmaçıların Beynəlxalq Elmi Konfransı çərçivəsində keçirilən “Türk Dünyasında Çağırışlar” adlı paneldəkı çıxışından sonra rektor Ədalət Muradova TÜRKSOY-un baş katibi Sultan Raev tərəfindən təqdim olunub.
Professor Ədalət Muradov UNEC-də təhsilin keyfiyyətinin təmin edilməsi istiqamətində apardığı uğurlu islahatlara, universitetin beynəlxalq reytinqlərdə nüfuzunun artırılmasına görə həmin mükafata layiq görülüb.