UNEC rektoru professor Ədalət Muradov tələbə təşkilatlarının yeni seçilmiş sədrləri ilə görüşüb.
Görüşdə seçkilərdə qalib gəlmiş tələbə rektor Cabbar Cəlilov, Tələbə Gənclər Təşkilatının sədri Mətləb Qarayev, Tələbə Elmi Cəmiyyətinin sədri Nəzrin İbrahimli, UNEC Könüllüləri Cəmiyyətinin sədri İlham Əmrahov, UNEC Rəqəmsal Könüllülər Təşkilatının sədri Əli Məmmədov, İqtisadçı Vətənpərvərlər Təşkilatının sədri Nigar Quliyeva, UNEC Future Club sədri Murad Ələsgərlini təbrik edən rektor, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Rektor UNEC-in hədəflərindən və gələcək inkişafından söz açıb. Bildirib ki, tələbəmərkəzli universitet olan UNEC-in əsas hədəflərindən biri tələbələri UNEC-in idarəetmə obyektindən onun subyektinə çevirmək, onların universitet idarəetməsində iştirakının təmin edilməsidir. UNEC-in tələbə cəmiyyətində baş verən yeniliklərlə bağlı müzakirələrə hər zaman açıq olduğunu deyən rektor, yeni sədrlərə vətənpərvərliyin təbliği, milli-mənəvi dəyərlərin qorunması, ictimai-sosial layihələrin hazırlanması, elmi yeniliklərin araşdırılması, könüllülük işinin təşkili və gənclər sahəsində yerli və xarici ali təhsil müəssisələri ilə əməkdaşlığın qurulması istiqamətində təşəbbüskar olmağı tövsiyə edib.
*
https://news.unec.edu.az/xeber/105-telebe/8287-unec-rektoru-telebe-teshkilatlarinin-yeni-sechilmish-sedrleri-ile-gorushub