UNEC tələbələri “Bir ideyam var " adlı layihədə qalib olublar

04 Avqust 2022
view220
Tələbə

Kapital Bankın ali məktəb tələbələri üçün "Bir ideyam var " adlı yeni layihə təqdim edib. Karyera Mərkəzin təşkilatçılığı ilə  layihənin ilkin mərhələsində Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) tələbələri iştirak ediblər.

Şərtlərinə görə tələbələr tək və ya komanda şəklində maraqlı ideyalarını təqdim edib, qalib olmaq uğrunda mübarizə aparırdılar. Layihə çərçivəsində 100-dən artıq ideya təqdim edilib ki, bunlardan 6 komanda – ümumilikdə 9 tələbə final mərhələsinə vəsiqə qazanıb.

Layihə yekunlaşaraq qaliblər müəyyən edilib. 1-ci yerə “Kapital Citizen” layihəsi ilə ADA-nın tələbəsi Anar Bayramov, 2-ci yerə “BirVaxt” layihəsi ilə UNEC-in tələbəsi Nicat Həsənli, 3-cü yerə isə “BirBNA” layihəsi ilə UNEC-in tələbələri Aydan Əzizli və Lalə Məmmədova layiq görülüb. Qaliblərə müvafiq olaraq 1500 AZN, 900 AZN və 600 AZN məbləğində mükafatlar və sertifikatlar təqdim edilib. Həmçinin finala çıxan hər bir iştirakçı Kapital Bank-ın təcrübə proqramında iştirak etmək hüququ qazanıb.

Qeyd edək ki, Kapital Bank UNEC ilə bir neçə il əvvəl əməkdaşlıq memorandumu imzalayıb. Bu sənədə görə il ərzində ali məktəbdə “Karyera günləri”, müxtəlif konfranslar, təcrübə proqramı və başqa tədbirlər təşkil olunur. Bundan başqa gənclərin ideyalarını qiymətləndirmək üçün bu il PAŞA Holding ilə birgə “PASHA HACKATHON” layihəsi keçirilib.

İctimaiyyətlə əlaqə:

Əsas tədris binası, 201-ci otaq Tel: (012) 1846 (daxili 1159)

Arxiv

CTRL+Enter

Mətndə səhv varsa, onu qeyd edib 𝘤𝘵𝘳𝘭+𝘦𝘯𝘵𝘦𝘳 düyməsini basaraq bizə göndərə bilərsiniz.

Təşəkkür edirik!