İctimaiyyətlə əlaqələr şöbəsi haqqında




Marketinq və Kommunikasiya Departamentinin İctimaiyyətlə Əlaqələr şöbəsi ali təhsil müəssisəsinin fəaliyyəti ilə bağlı KİV-lə əlaqələrin qurulması və ictimaiyyətin məlumatlandırılması sahəsində işlərin təşkilini və tənzimlənməsini həyata keçirir. İnformasiyanın verilmə formalarının standartlara uyğunlaşdırılması məqsədilə mətbuat konfransları, brifinqlər, qəbulların təşkili, yerli və xarici medianın universitetin fəaliyyəti barədə dərc etdiyi və ya yaydığı informasiyalar barədə universitetin əməkdaşlarını məlumatlandırmaq şöbənin fəaliyyətinə daxildir.

Şöbə rektorluğun və digər strukturların planlaşdırdığı iclas, konfrans və simpoziumların təşkili, mətbuatın fəaliyyətinin monitorinqinin aparılması, universitetin fəaliyyəti ilə bağlı ictimaiyyətin suallarının cavablandırılması ilə məşğul olur. Mədəni tədbirlərin təşkili, universitetin tanıtımının və nüfuzunun artırılması istiqamətində aparılan silsilə işlər də bölmənin səlahiyyətinə daxildir.

Şöbə abituriyentlərə, şagirdlərə universitet və onun strukturları haqqında məlumatları çatdırmaq məqsədilə sərgilərdə iştirak edir, lisey, hazırlıq kurslarında görüşlər keçirir və ziyarət proqramları təşkil edir. Universitetin tədbirləri ilə bağlı ictimaiyyəti və əməkdaşları  məlumatlandırmaq məqsədilə bülletenlər, xəbərlərin elanlarını hazırlayır. Universitetin tanıdılmasında istifadə edilən kataloq, broşura və tanıtma CD-lərini hazırlayır, ölkə xaricindən universitetlə bağlı məlumat əldə etmək istəyən şəxslərə məsləhətçilik xidməti göstərir və ziyarət məqsədi ilə gələn qonaqları universitetlə tanış edir.

Universitetin fəaliyyətinin KİV-də işıqlandırılması, şəffaflığın təmin olunması məqsədilə universitetdə görülmüş işlər barədə məlumatların ictimaiyyətə çatdırılmasını təmin edir, press-relizlər, məlumat bülletenləri, bəyanatlar, müsahibələr, çıxışlar və s. hazırlayır. İctimaiyyətlə əlaqələr sahəsində normativ aktların və təşkilati sərəncamverici sənədlərin layihələrinin hazırlanmasında iştirak edir. Universitetin fəaliyyəti ilə bağlı KİV-də yayımlanan və həqiqətə uyğun olmayan məlumatlarla bağlı zəruri hallarda cavab hazırlamaq və təhrif  hallarının aradan qaldırlması üçün tədbirlər görmək də şöbənin fəaliyyətinə daxildir. Eyni zamanda şöbə universitet tədbirlərində KİV nümayəndələrinin iştirakını təşkil edir, universitetin fəaliyyəti ilə bağlı KİV-də yayımlanan materialların gündəlik monitorinqinin aparılmasını və bu barədə rəhbərliyə məlumat verilməsini təmin edir.

Şöbə jurnalların, reklamların, plakatların, informasiya vərəqələrinin, sorğu kitablarının nəşri və müxtəlif multimedia vasitələrinin hazırlanmasını, universitetin fəaliyyətinə dair kağız, video və foto materialların arxivinin yığılmasını, universitetin mətbu orqanların kağız və elektron nəşrlərinə abunə yazılmasını təşkil edir. Fəaliyyət istiqamətləri üzrə vətəndaşlardan, dövlət orqanlarından, idarə, müəssisə və təşkilatlardan daxil olan müraciətlərə və sorğulara qanunvericiliyə uyğun olaraq baxılmasında iştirak edir. Şöbə universitetdə və digər dövlət qurumlarında yaradılmış komissiyalarda, işçi qruplarında, fəaliyyətinə aid məsələlər üzrə keçirilən müxtəlif səviyyəli yerli və beynəlxalq tədbirlərdə universiteti təmsil edir, onların işində iştirak edir.
Hazırda şöbəyə Elnarə Məmmədova rəhbərlik edir.




UNEC Extern tədris mərkəzin hesabatları







İctimaiyyətlə əlaqələr şöbəsinin Tədbirlər Planı




İCTİMAİYYƏTLƏ ƏLAQƏLƏR ŞÖBƏSİNİN İLLİK FƏALİYYƏT PLANI

2022-2023-cü tədris ili

 

Fəaliyyət istiqamətləri

Dövrilik

 

  1.  

UNEC-də yeni tədris ilində tətbiq olunacaq yeniliklərin paylaşılması

sentyabr

  1.  

Oriyentasiya günü barədə məlumatlandırma

Sentyabr

  1.  

Bakalavr və magistraturaya qəbulun nəticələri

Sentyabr

  1.  

Prezident təqaüdçüləri və 600+ bal toplayanlar barədə məlumat

Sentyabr

  1.  

Birinci kurslar üçün universitetin tələbə təşkilatlarının piyarı

1-ci semestrdə

  1.  

Yaradıcılıq Mərkəzi, bədii dərnəklər və Radio UNEC-in piyarı

Tədrisin əvvəli

  1.  

Prezident təqaüdçülərinin tanıtımı

Tədrisin əvvəli

  1.  

PT və 600+ bal toplayan tələbələrin seçim etdikləri ixtisasların piyarı

Tədrisin əvvəli

  1.  

Kitabxanalar və onların fəaliyyəti

İlboyu

  1.  

Elektron xidmətlər (Bir pəncərə, şəxsi kabinet və s.) barədə məlumatların paylaşılması

Tədrisilinin əvvəli və sonuna yaxın

  1.  

İdman zalları, İdman klubu barədə məlumat

İlboyu

  1.  

Tələbə poliklinikası barədə məlumat

Tədris ilinin əvvəli və sonuna yaxın

  1.  

Biliyin qiymətləndirilməsi qaydaları barədə məlumatlandırma

İmtahanöncəsi

  1.  

İmtahandan 1 həftə öncə İmtahan Mərkəzinin direktorunun facebookda canlı yayımı

Dekabr, iyun

  1.  

Kollokvium və imtahanlardan sosial şəbəkələrdə fotoların paylaşılması

İmtahan və kollokvium zamanı

  1.  

Kollokvium və imtahanlar zamanı imtahanların gedişi barədə sorğu postlarının paylaşılması

yanvar,

iyun

  1.  

İmtahanlardan sonra TOP 15 tələbələrin piyarı

 

  1.  

Mübadilə və ikili diplom proqramlarında iştirak edən tələbələrin piyarı

İlboyu

  1.  

Mübadilədə və xaricdə ezamiyyətdə olan əməkdaş və müəllimlər barədə məlumatlar

İlboyu

  1.  

“Gənc müəllimləri tanıyaq” layihəsi

İlboyu

  1.  

“UNEC istedadı” layihəsi (bacarıqlı və istedadlı tələbələrin piyarı)

İlboyu

  1.  

Şəhidlərin anım və doğum günləri

İlboyu

  1.  

UDİD və Minor proqramlarının piyarı

Sənəd qəbulundan 1 ay öncədən başlamaq

  1.  

Tələbə startaplarının piyarı

ilboyu

  1.  

“UNEC-də bir gün” layihəsi (abituriyentlər üçün)

İlboyu

  1.  

“UNEC-i tanı” (abituriyentlər üçün)

Qəbul zamanı

  1.  

Özəl günlərlə bağlı posterlərin paylaşılması

İlboyu

  1.  

Təbrik məktublarının hazırlanması (rəhbər şəxslərin ad günləri, rəhbər vəzifəyə təyin olunan məzunlar, əlamətdar günlər, qurumların peşə bayramı və s.)

İlboyu

  1.  

UNEC-in onlayn media, qəzet və sosial şəbəkələrdə monitorinqi

Gündəlik

  1.  

Rektorun qəbul günlərinin təşkili (Qaynar xətt)

İlboyu

  1.  

UNEC-də tətbiq olunan yeniliklərin TV-lərdə işıqlandırılması

İlboyu

  1.  

Təhsillə bağlı TV proqramlarında UNEC nümayəndələrinin iştirakının təmin edilməsi

İlboyu

  1.  

UNEC-in uğur qazanan tələbələrinin TV-lərdə piyarı (MAG, Gəncsən və s.)

İlboyu

  1.  

Uğurlu tələbələrdən qısa müsahibələr

İlboyu

  1.  

UNEC ekspertlərinin mediada və TV-də açıqlamarı

İlboyu

  1.  

Əcnəbi tələbələrin piyarı

birinci semestrdə

  1.  

Mübadilə ilə UNEC-də olan əcnəbi tələbə və müəllimlərin piyarı

İlboyu

  1.  

Sosial şəbəkələrdə UNEC-lə bağlı sorğuların paylaşılması

(UNEC-də nələrin olmasını istərdiniz? Sizi qane etməyən nədir? Tədrisin keyfiyyəti, SWOT analiz və s.)

ilboyu

  1.  

“Heydər Əliyev İli”nə həsr olunmuş tədbirlər

İlboyu

  1.  

Kitabxanada olan elektron bazalar barədə məlumatların paylaşılması

İlboyu

  1.  

Kitabxanaya daxil olan yeni kitablar haqqında məlumat

İlboyu

  1.  

Elmi tədqiqat mərkəzlərinin piyarı

İlboyu

  1.  

Müəllimlərin uğurları barədə məlumatlar

İlboyu

  1.  

UNEC-dəki bakalavr ixtisaslarının piyarı (ixtisasın özəlliyi, keçid balı)

mart-avqust

  1.  

600+ abituriyentlərə və olimpiada qaliblərinə xüsusi təqaüd imkanı

Mart-iyul

  1.  

Elmi məqaləyə görə tələbələrə 4000 manatadək qonorar

Mart-iyul

  1.  

Xarici universitetlərlə ikili diploma proqramları (hər biri barədə ayrı məlumat)

Mart-iyul

  1.  

Cari ilin ikili diplom məzunlarının foto və məlumatlarının paylaşılması

Məzun olduqda

  1.  

Magistratura ixtisaslarının piyarı

Mart-iyul

  1.  

Fakültələr barədə məlumatlar

Mart - iyul

  1.  

Tədris binaları və filiallar barədə məlumatlar

Mart-iyul

  1.  

Abituriyentlərin UNEC-ə səfəri barədə məlumat və fotoların paylaşılması

ilboyu

  1.  

Facebookda sualların cavablandırılması

ilboyu

  1.  

Sosial şəbəkələrdə abituriyentlərə yönəlik sorğu postlarının paylaşılması

Mart-iyul

  1.  

Sosial şəbəkələrdə magistraturaya qəbulla bağlı sorğu postlarının paylaşılması

Mart-iyul

  1.  

UNEC-in üstünlükləri barədə məlumatlar

İlboyu

  1.  

Sənəd qəbulu barədə məlumat

Qəbul zamanı

avqust

  1.  

Tədbirlərin işıqlandırılması

ilboyu




İctimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşları




Ömərova Elnarə Yusif

Şöbə müdiri

Nağıyev Amin Allahverdi

Mütəxəssis (ictimai rəyin araşdırılması üzrə)

Şirinova Səmayə Elçin

Mütəxəssis (mətbuatla iş üzrə)

Həsənova İlahəxanım Aydın

Mütəxəssis

Qocayeva Xatın Ağabəy

Redaktor

Yusifova Aynur Elnur

Sosial media marketoloqu




İctimaiyyətlə Əlaqələr şöbəsinin tədbirləri




İctimaiyyətlə Əlaqələr şpbəsinin xəbərləri UNEC NEWS-da

UNEC rektoru prezident təqaüdçüləri ilə görüşüb: “Yaşıdlarınıza örnəksiniz” (20.09.2017)
UNEC-də “Bilik Günü” (15.09.2017)
UNEC-in Prezident təqaüdçüləri: “Seçimimizdən məmnunuq!” (14.09.2017)
UNEC-də Oriyentasiya Günü böyük coşqu ilə keçirilib (07.09.2017)
1-ci kurs tələbələri: “UNEC ailəsinin üzvü olmaqdan məmnunuq” (16.08.2017)
600-dən yuxarı bal toplayan abituriyentlər UNEC-də (18.07.2017)
UNEC Azərbaycanın adını “Science Slam” dünya elm müsabiqəsinin tarixinə yazır (04.05.2017)
Abituriyentlər UNEC-i seçir (21.04.2017)

UNEC-in əcnəbi tələbələri “Güllələnmiş heykəllər” abidəsi qarşısında (18.04.2017)
UNEC-in əcnəbi tələbələri Səməd Vurğunun ev-muzeyində (31.03.2017)
UNEC tələbələri uğura aparan yolda – “şəxsi PR”ı necə qurmalı? (18.04.2017)
“Bircə ona pis oldum ki, döyüş indi başlayır, mən isə ölürəm…” – Aprel döyüşlərinin iştirakçısı (13.04.2017)
uniRank dünya universitetlərinin reytinqi: UNEC 1-cidir (03.04.2017)

Modern.az saytının əməkdaşı imtahanların gedişini izləyib (19.01.2017)
UNEC-in “Qərargah”ı Lent.az-ın əməkdaşına həvalə edilib (17.01.2017)
CBC televiziyasının əməkdaşı imtahanların gedişini izləyib (16.01.2017)
“AtaHolding”in şöbə rəisi imtahanların gedişini izləyib (12.01.2017)
“Azərbaycan müəllimi” qəzetinin əməkdaşları imtahanlara nəzarət etdilər (12.01.2017)
“Qaynar Xətt” Sputnik BİA-nın əməkdaşına həvalə edilib (10.01.2017)
Baş redaktor tələbələrin müraciətlərini dinlədi (06.01.2017)
Tələbələrin suallarını jurnalist cavablandırdı (29.12.2016)
UNEC tələbələri ön cəbhədə əsgərlərlə birgə (08.11.2016)
Videoçarx: “Azərbaycanın dövlət müstəqilliyi əbədidir, sarsılmazdır, dönməzdir” (18.10.2016)
UNEC X Beynəlxalq Təhsil sərgisində təmsil olunub (07.10.2016)
UNEC-də “Oriyentasiya Günü” keçirilib (14.09.2016)
UNEC-də “Məzun Günü” keçirilib (30.06.2016)
UNEC mobil-tətbiqetmə proqramını təqdim edib (27.05.2016)

UNEC-də yeni layihə: “Oxu saatı” (05.05.2016)
Fiziki məhdudiyyətli uşaqlar UNEC-in təhsil imkanları ilə tanış olub (18.03.2016)
UNEC-də Novruz: müsabiqə, yarış (17.03.2016)
UNEC Azərbaycan Dövlət İqtisad Universitetinin brendidir (15.03.2016)




İctimaiyyətlə əlaqələr şöbəsinin foto-qalereyası







İctimaiyyətlə Əlaqələr şöbəsi ilə əlaqə




Ünvan:  Bakı, İstiqlaliyyət, 6 (I korpus, otaq 203)


Telefon: +(994) 12 492-60-43