Təcrübənin təşkili şöbəsi haqqında
Tələbələrin ixtisas təcrübəsi müvafiq təhsil proqramının tərkib hissəsidir.Təcrübənin təşkili, həcmi, məqsədi və keçirilmə müddəti mütəxəssis hazırlığı aparan müvafiq istiqamətlər (ixtisaslar) üzrə dövlət təhsil proqramı ilə müəyyənləşdirilir.
Təcrübənin əsas məqsədi tələbələrin UNEC-də aldığı nəzəri biliklərin əmək fəaliyyətində istifadəsini təmin etmək, tələbələri ixtisasın xüsusiyyətlərindən asılı olaraq, yeni texnologiyalarla, iş üsulları ilə, elmi tədqiqatlarla və digər məsələlərlə tanış etmək, tələbələrdə işgüzarlıq, təşkilatçılıq və peşə vərdişləri aşılamaqdır.
Təcrübənin təşkili şöbəsi fəaliyyətini aşağıdakı istiqamətlərdə həyata keçirir:
- tələbələrin ixtisas təcrübələrinin təşkili, təcrübənin təşkili və gedişinin təkmiləşdirilməsi və təcrübəyə nəzarət etmək;
- təcrübənin təşkili və gedişinə metodiki, əməli rəhbərliyi həyata keçirmək, təcrübənin yekunsənədlərinin hazırlanmasını təşkil etmək;
- Təcrübənin təşkili sahəsində təcrübə rəhbərləri, ixtisas kafedraları tərəfindən müəyyən edilmiş müəssisələrlə müqavilələrin bağlanmasını təşkil etmək, təcrübə proqramlarını təcrübə obyektləri ilə razılaşdırmaq;
- təcrübə keçirilən müəssisə tərəfindən təyin olunmuş təcrübə rəhbərlərini, təcrübə proqramı və müvafiq təcrübə sənədləri ilə təmin etmək.
UNEC-də tələbələrin ixtisas təcrübələrinə nəzarət “Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 19 sentyabr 2008-ci il tarixli 221 saylı qərarı ilə təsdiq edilmiş “Ali (orta ixtisas) təhsil müəssisələri tələbələrinin ixtisas üzrə təcrübəsinin keçirilməsi haqqında” Əsasnaməsi, “Təcrübənin təşkili şöbə”sinin Əsasnaməsi və “Təcrübənin təşkili qaydaları” ilə tənzimlənir.
UNEC-in tədris planına uyğun olaraq 2019/2020-ci tədris ilində IV kurs tələbələrinin 17.02.2020-ci il tarixindən 24.05.2020-ci il tarixinədək istehsalat təcrübəsi keçməlidir.
Cari tədris ilində əyani təhsil üzrə 2876 nəfər, qiyabi təhsil üzrə 403 nəfər tələbənin istehsalat təcrübəsi, Beynəlxalq magistratura və doktorantura üzrə 474 nəfər, Magistratura Mərkəzi üzrə 162 nəfər magistrantın elmi-pedaqoji və elmi-tədqiqat təcrübələri keçmələri nəzərdə tutulmuşdur.
UNEC-də 23 ixtisas üzrə 3287 nəfər bakalavr, 18 ixtisas üzrə 636 magistrant, ümumilikdə 3923 nəfər tələbə ölkənin müxtəlif müəssisə və təşkilatlarında təcrübə keçməyə göndərilmişlər.
Tələbələrn istehsalat təcrubəsi keçməsi üçün müəssisə və təşkilatlarla 1300 ümumi müqavilə bağlanmış, 1584 tələbə isə müəssisə və təşkiatlar tərəfindən göndərilmiş məktublar əsasında (fərdi müqavilə bağlanmaq şərti ilə) təcrübə keçməsi təşkil edilmişdir.
Tələbələrin istehsalat təcrübəsinə rəhbərlik etmək üçün ixtisas kafedraları tərəfindən əyani təhsil üzrə 205 (sabah-20) müəllim, qiyabi təhsil üzrə 39 nəfər müəllim, magistratura üzrə 18 nəfər müəllim, ümumilikdə 262 nəfər təcrübə rəhbəri təyin edilmişdir.
Təcrübə obyektləri olaraq AR Maliyyə Nazirliyi, AR Vergilər Nazirliyi, AR İqtisadiyyat Nazirliyi, AR Ekologiya və Təbii Sərvətlər Nazirliyi, AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, SOCAR, AR Ticarət Sənaye Palatası, AR Auditorlar Palatası, AR Dövlət Statistika Komitəsi, AR Fövqaladə Hallar Nazirliyi, AR Milli Elmlər Akademiyası, AR Presidenti yanında Vətəndaşlara və Sosial İnnovasiya üzrə Dövlət Agentliyi, AR Kənd Təsərrüfatı Nazirliyi, Bakı Tikiş Evi ASC, Rabitəbank ASC, Xalqbank ASC, Kapitalbank ASC, Muğanbank ASC, Yapı Kredi Bank QSC, Sumqayıt Gilan Holdinq, AR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi, AR Sahibkarlar (işəgötürələnlər) Təşkilatları Milli Konfederasiyası, Bank of Baku ASC, “Azərpoçt” MMC, “Azərsu” ASC, “Nikoyl Bank”ASC, Milli Depozit Mərkəzi, “Azər işiq”ASC, Aqrarkredit”QSC “Azərbaycan Dəmir Yolları”QSC kimi dövlət qurumları və digər nüfuzlu özəl şirkətlər müəyyənləşdirilmişdir.
Təcrübənin təşkili şöbəsinin sənədləri
Təcrübənin təşkili şöbəsi – GÖNDƏRİŞ
İstehsalat təcrübəsinin təşkili haqqında MÜQAVİLƏ
UNEC tələbələrinin ixtisas təcrübəsi üzrə qiymətləndirilməsi cədvəl-siyahısı
ƏMRLƏR:
Əyani
Qiyabi
Əmrdə qismən dəyişiklik edilməsi barədə (əyani)
Əmrdə qismən dəyişiklik edilməsi barədə (qiyabi)
Magistrantların elmi-pedaqoji və elmi-tədqiqat təcrübələri keçmələri barədə
Əmrlərdə qismən dəyişiklik edilməsi barədə:
əmr 148
əmr 140
əmr 128
əmr 126
əmr 102
Təcrubəçi tələbələrin vəzifələri
UNEC təcrubə rəhbərinin vəzifələri
Təcrübə obyekti tərəfindən təyin edilmiş təcrübə rəhbərinin vəzifələri
Təcrübə rəhbərlərinin təcrübə obyektində monitorinq QRAFİKİ
Təcrübənin Təşkili Şöbəsinin əməkdaşları
- Nəzirzadə Leyla Nəzir
- Manafova Mənsurə Şakir qızı
- Babayev Mehman Telman oğlu
- Məmmədova Gülxanım Yusif qızı
- Daniçeva Lyudmila Fyodorovna
- Cəbrayilova Nailə Ələkbər qızı
- Məmmədova Səbinə Firudin qızı
- Murtuzova Emiliya Əliqulu qızı
Təcrübənin təşkili şöbəsinin tədbirləri
Təcrübənin təşkili şöbəsinin xəbərləri UNEC NEWS-da
UNEC tələbələri ixtisas təcrübəsində (18.04.2018)
UNEC tələbələri ölkənin nüfuzlu şirkətlərində təcrübələrini davam etdirirlər (16.04.2018)
UNEC tələbələri ölkənin nüfuzlu qida sektorlarında təcrübədə (10.04.2018)
UNEC tələbələri təcrübədə (09.04.2018)
UNEC tələbələrinin missiyası – paytaxtın beynəlxalq imicinin formalaşdırılması (13.03.2018)
UNEC-də istehsalat təcrübəsində yeni standartlar (28.09.2017)
UNEC tələbələri istehsalat təcrübəsində (17.05.2017)
Təcrübənin təşkili şöbəsi ilə əlaqə
II Tədris binası, Baki şəhəri, Həsən Əliyev, 135
Əlaqə tel: +(994) 12 441-65-31
e-mail: [email protected]; [email protected]
Təcrübənin təşkili şöbəsinin əsasnaməsi
Ali (orta ixtisas) təhsil müəssisələri tələbələrinin ixtisas üzrə təcrübəsinin keçirilməsi haqqında
Ə S A S N A M Ə
1. ÜMUMİ MÜDDƏALAR
1.1. Bu Əsasnamə Azərbaycan Respublikasının Təhsil Qanununa, ali (orta ixtisas) təhsil müəssisələri haqqında Əsasnaməyə, Azərbaycan Respublikasında fasiləsiz pedaqoji təhsil və müəllim hazırlığının Konsepsiya və Strategiyasına, müxtəlif istiqamətlər (ixtisaslar) üzrə dövlət təhsil standartlarına, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin müvafiq müddəalarına və digər normativ hüquqi sənədlərə uyğun hazırlanmışdır.
1.2. Tələbələrin təcrübəsi müvafiq təhsil proqramlarının (ali, orta ixtisas) tərkib hissəsidir.
1.3. Təcrübənin təşkili, həcmi, məqsədi və keçirilmə müddəti mütəxəssis hazırlığı aparılan müvafiq istiqamətlər (ixtisaslar) üzrə dövlət təhsil standartları ilə müəyyənləşdirilir.
1.4. Təhsil müəssisələri tələbələrin təcrübəsinin keçirilməsi məqsədi ilə ayrı-ayrı istiqamətlər (ixtisaslar) üzrə mütəxəssis hazırlığının xüsusiyyətlərini və bu Əsasnamənin tələblərini nəzərə alaraq, müvafiq tədris sənədlərini (tədris plan və proqramları) hazırlayır və təsdiq edir.
1.5. Tabeliyində təhsil müəssisələri olan nazirlik, komitə və təşkilatlar bu Əsasnaməyə uyğun olaraq, sahənin xüsusiyyətlərini nəzərə almaqla, təcrübənin keçirilməsinə dair tövsiyələr hazırlaya bilər.
2. TƏCRÜBƏNİN NÖVLƏRİ VƏ VƏZİFƏLƏRİ
2.1. Təcrübənin əsas növləri aşağıdakılardır:
- tədris təcrübəsi;
- istehsalat (pedaqoji) təcrübəsi, o cümlədən diplomqabağı təcrübə.
2.2. Tədris təcrübəsi mütəxəssis hazırlığının xüsusiyyətlərini nəzərə almaqla, təhsil müəssisələri tərəfindən dövlət təhsil standartlarına uyğun müəyyənləşdirilir.
2.3. İstehsalat (pedaqoji) təcrübəsi bir qayda olaraq, peşə hazırlığı və diplomqabağı təcrübədən, magistr pilləsində isə elmi tədqiqat və elmi-pedaqoji mərhələlərdən ibarət olur. Diplomqabağı təcrübə təlimin yekun mərhələsi olmaqla, bütün nəzəri dərslər və digər təcrübə növləri başa çatdıqdan sonra həyata keçirilir.
2.4. Təcrübənin əsas vəzifələri:
tələbənin ali (orta ixtisas) məktəbdə aldığı nəzəri bilikləri möhkəmləndirmək, dərinləşdirmək və sonrakı əmək fəaliyyətində istifadəsini təmin etmək;
tələbələri ixtisasın profilindən və xüsusiyyətindən asılı olaraq, yeni texnologiyalarla, iş üsulları ilə, elmi-tədqiqatlarla və digər məsələlərlə tanış etmək;
tələbələrdə işgüzarlıq, təşkilatçılıq və kommunikativ vərdişləri aşılamaq;
tələbələrin kompüter texnologiyaları sahəsindəki biliklərini təkmilləşdirmək;
pedaqoji ixtisaslar üzrə təhsil alan tələbələrdə pedaqoji peşəyə olan meyil və marağı möhkəmləndirmək və təlim-tərbiyə işlərini yaradıcılıqla həyata keçirmək bacarığını inkişaf etdirmək.
3. TƏCRÜBƏNİN TƏŞKİLİ
3.1. Tədris təcrübəsi təhsil müəssisəsinin müvafiq struktur bölmələrində (laboratoriyalarda, təcrübə-sınaq və uçuş poliqonlarında, trenajorlarda, elmi-tədqiqat laboratoriyalarında, tədris emalatxanalarında və s.) keçirilir. İxtisasların xüsusiyyətlərindən asılı olaraq, zəruri hallarda tədris təcrübəsi istehsalatlarda və digər struktur bölmələrində keçirilə bilər.
İstehsalat (pedaqoji), diplomqabağı təcrübə bir qayda olaraq, müəssisə, idarə və təşkilatlarda (bundan sonra-istehsalat müəssisələri) keçirilir.
Magistr pilləsində təhsil alanlar isə pedaqoji və elmi-tədqiqat təcrübələrini təhsil aldıqları ali məktəblərdə və respublikada fəaliyyət göstərən elmi-tədqiqat qurumlarında keçirlər.
3.2. İstehsalat (pedaqoji) təcrübəsi təhsil müəssisələri ilə istehsalat müəssisələri arasında bağlanmış ikitərəfli müqavilələr əsasında həyata keçirilir. Həmin müqavilələrə əsasən mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, istehsalat müəssisələri dövlət və qeyri-dövlət ali (orta ixtisas) təhsil müəssisələri tələbələrinin təcrübə keçmələri üçün təcrübə yerləri ayırmalıdırlar.
3.3. İstehsalat (pedaqoji) təcrübəsinin təşkili və keçirilməsi üçün tərəflərin aşağıdakı vəzifə və öhdəlikləri vardır:
3.3.1. ali (orta ixtisas) təhsil müəssisəsi:
hər təqvim ilinə müəssisələrlə müqavilə bağlayır, istehsalat (pedaqoji) təcrübəsinin proqram və qrafikini onlarla razılaşdırır;
təcrübə bazasının profilini nəzərə almaqla, ixtisası uyğun gələn və kifayət qədər iş təcrübəsi olan professor-müəllim heyəti sırasından təcrübə rəhbəri təyin edir;
təcrübə keçirilən müəssisəni, eləcə də tələbələri müvafiq proqramlarla təmin edir;
təcrübənin müəyyən olunmuş müddətdə keçirilməsinə və məzmununa nəzarət edir;
zəruri hallarda təcrübəyə göndərilən tələbələrin tibbi müayinədən keçməsini təşkil edir.
3.3.2. istehsalat müəssisələri:
tələbələrin təcrübəsini təşkil edir və keçirir;
kifayət qədər təcrübəsi olan işçilər arasından təcrübə rəhbərini təyin edir;
tələbələrə təcrübə proqramı əsasında təcrübə yerlərini müəyyən edir;
tələbələrin texniki sənədlərdən və ədəbiyyatdan, kompüter və çoxaldıcı texnikadan istifadəsinə imkan yaradır;
tələbələri əmək mühafizəsi və təhlükəsizlik, müəssisənin daxili nizam-intizam qaydaları üzrə müvafiq təlimatlarla təmin edir;
təcrübə keçən tələbələri qanunvericilikdə nəzərdə tutulmuş hallar istisna olmaqla, vakansiya olduqda, müvafiq vəzifələrə təyin edə bilir;
təcrübə müddətində istehsalat müəssisəsinin təqsiri üzündən baş verə biləcək bədbəxt hadisələrə cavabdehlik daşıyır.
3.4. Təcrübə rəhbərləri həm təhsil, həm də istehsalat müəssisəsinin işçilərindən təyin olunurlar. Tədris təcrübəsi fənnin davamı olduğu halda, bu təcrübəyə rəhbər kimi həmin fənni tədris edən müəllim təyin edilir.
3.5. Təhsil müəssisəsi tərəfindən təyin olunmuş rəhbərin tədris yükü müvafiq normalara uyğun müəyyən edilir.
Ali (orta ixtisas) təhsil müəssisəsindən və ümumtəhsil məktəbindən pedaqoji təcrübəyə təyin olunan rəhbərlərin bir tələbəyə düşən dərs yükü ümumilikdə 56 saata bərabərdir və bu saatlar təcrübə rəhbərləri arasında aşağıdakı kimi bölünür:
- təhsil müəssisəsindən olan pedaqogika üzrə rəhbərə 4 saat, psixologiya üzrə rəhbərə 2 saat, ixtisas metodistinə 31 saat;
- təcrübə keçirilən ümumtəhsil məktəbinin direktoruna və ya direktorun tədris işləri üzrə müavininə 2 saat, fənn müəlliminə 16 saat, sinif rəhbərinə 1 saat.
3.6. Təhsil müəssisəsi tərəfindən təyin olunan rəhbər:
istehsalatdan olan rəhbərlə birlikdə təcrübənin keçirilməsinə dair işçi proqramını hazırlayır;
tələbələrin əmək mühafizəsi v ə təhlükəsizlik texnikası qaydalarına riayət etmələrinə cavabdehlik daşıyır;
tələbələrə fərdi tapşırıqların, təcrübə mövzularının müəyyənləşdirilməsində və onların iş yerlərinə təhkim olunmasında iştirak edir;
tələbələrə fərdi tapşırıqların yerinə yetirilməsində metodiki yardım göstərir və onlara buraxılış işi üçün lazım olan materialların toplanmasında kömək edir;
tələbələrə təcrübə proqramının yerinə yetirilməsi barədə hesabat tərtib edilməsində metodiki yardım göstərir;
təcrübə proqramının yerinə yetirilməsi üzrə nəticələr təhsil müəssisəsi tərəfindən müəyyənləşdirilmiş formada qiymətləndirilir.
3.7. Zəruri hallarda istehsalat təcrübəsi təhsil müəssisəsi yerləşən şəhərdən (rayondan) kənarda keçirilə bilər.
3.8. Qiyabi təhsil alanlar təhsil aldıqları istiqamət (ixtisas) üzrə kifayət qədər iş stajı olduğu halda, müvafiq kafedranın (fənn komissiyasının) rəyinə əsasən tədris və istehsalat (diplomqabağı təcrübə istisna olmaqla) təcrübələrindən azad oluna bilər.
3.9. Yaş həddinə görə tələbələrin təcrübə müddətində həftəlik iş saatı Azərbaycan Respublikası Əmək Məcəlləsinin müvafiq müddəaları ilə tənzimlənir.
3.10. Təcrübə keçməsi barədə tələbənin hesabat forması və təcrübənin yekunlarına dair attestasiya forması təhsil müəssisələri tərəfindən müəyyənləşdirilir.
3.11. Təcrübələrin yekunlarına görə alınan qeyri-müvəffəq qiymət akademik borc hesab edilir. Təcrübədə müxtəlif səbəblərdən iştirak etməyən və qeyri-müvəffəq qiymət alan tələbələr təkrarən təcrübədən keçməlidirlər.
3.12. Tələbələr təcrübə zamanı yarımqruplara bölünə bilər (10-12 nəfərə qədər). İxtisasın xüsusiyyətindən asılı olaraq (musiqi, incəsənət və s.), qrupdakı tələbələrin sayı 5-6 nəfər də müəyyənləşdirilə bilər.
4. MADDİ TƏMİNAT
4.1. İstehsalat təcrübəsi müddətində təqaüd alan tələbələrin (təcrübə zamanı aldıqları əməkhaqqından asılı olmayaraq) təqaüdləri saxlanılır.
4.2. Dövlət ali (orta ixtisas) təhsili müəssisələri istehsalat təcrübəsini tələbələrin təhsili üçün ayrılmış büdcə vəsaiti və əldə etdikləri büdcədənkənar vəsait hesabına həyata keçirirlər. Qeyri-dövlət təhsil müəssisələri isə həmin təcrübəni öz vəsaitləri hesabına təşkil edirlər.
4.3. Təcrübə müddətində tələbələrə əməkhaqqı mülkiyyət və təşkilatı-hüquqi formasından asılı olmayaraq, istehsalat və təhsil müəssisələri arasında bağlanmış müqavilə əsasında qanunvericilikdə nəzərdə tutulmuş qaydada ödənilir.
4.4. İstehsalat təcrübəsi təhsil müəssisəsinin özündə və ya onun yerləşdiyi şəhərdə (rayonda) olan müəssisədə keçirildiyi halda, tələbələrə gündəlik xərclər ödənilmir.
4.5. İstehsalat təcrübəsi təhsil müəssisəsinin yerləşdiyi şəhərdən (rayondan) kənarda keçirildiyi halda, müəllimlərin və tələbələrin ezamiyyə xərcləri mövcud qanunvericilikdə nəzərdə tutulmuş qaydada təhsil müəssisəsi tərəfindən ödənilməlidir.
4.6. Təcrübə keçirilən ümumtəhsil məktəbinin işçilərinə pedaqoji təcrübəyə rəhbərlik üçün əməkhaqqı qanunvericiliklə müəyyən olunmuş qaydada müvafiq saathesabı tarif dərəcələri üzrə ödənilir.