UNEC Extern tədris mərkəzi haqqında
UNEC Extern Mərkəzinin 2018-ci il noyabrın 1-də açılışı olub. Dünyanın aparıcı universitetlərinin təcrübəsi əsasında hazırlanan mərkəzdə 6 tədris studiyası (auditoriya), 12 inzibati və 1 müzakirə otağı var. Tərtibatı və təchizatı ən müasir tələblərə cavab verən bu studiyaların hər birindən eyni anda 1000 tələbəyə yüksək ixtisaslı müəllimlər tərəfindən təhsil vermək imkanı mövcuddur. Hazırkı infrastruktur bu göstəricini artırmağa, 3 və ya 4 növbəli təhsil vermək imkanlarına malikdir.
Mərkəzin dizaynı distant təhsil fəlsəfəsinə uyğun qurulub. Onlayn tədrisin aparılacağı studiyalarda elektron kürsü, xüsusi sensor lövhə, monitor, HD kamera və səs avadanlıqları quraşdırılıb. İstifadə olunan proqram təminatında da tələbə və müəllimlərin rahatlığı tam nəzərə alınıb. Tələbələrin qeydiyyatının, davamiyyətinin, qiymətləndirilməsinin və attestasiyasının elektron universitet modeli olan "EDUMAN" proqramı tərəfindən aparılır. Distant təhsilə həm ölkə ərazisindən, həm də xaricdən tələbələr qoşula bilərlər. Studiyalardakı bütün tədris prosesi xüsusi kameralar vasitəsilə çəkilir ki, bu da sonradan tələbələrə istədikləri dərsə yenidən baxmağa imkan verir. Tələbələr istənilən vaxt hər hansı bir dərsi yenidən dinləmək və ya izləmək imkanı qazanırlar. UNEC-in "Elektron universitet" sistemi və "UNEC Exten Tədris mərkəzində yaradılmış müasir standartlara uyğun infrastruktur, distant təhsilin tam əyanidəki kimi aparılmasına imkan verir.
"UNEC Extern" həm də bir sıra kənar təşkilatların müraciətləri əsasında orada çalışan əməkdaşlar üçün onlayn təlimlər, sertifikat proqramları həyata keçirir.
2020-ci ilin mart ayında elan olunan karantin rejimi dövründə ölkədə ilk dəfə olaraq, UNEC-də distant dərslərin tədrisinə başlanılmış və tədrisin fasiləsizliyi təmin olunmuşdur. UNEC-də dərslər nəzərdə tutulan akademik təqvim üzrə UNEC Extern Mərkəzinin texniki bazası əsasında, ölkədə ilk dəfə olaraq distant formada tələbələrin biliyinin qiymətləndirilməsi məqsədilə distant imtahanlar keçirilmişdir.
UNEC Extern tədris mərkəzinin şöbələri
2021-ci ilin senytabrında Tədrisin keyfiyyətinin qiymətləndirilməsi və idarə edilməsi mərkəzinin Elektron universitet şöbəsinin adı dəyişdirilərək Təhsil və təlim texnologiyaları şöbəsi adlandırılıb. 12.10.2021-ci il tarixdən Təhsil və təlim texnologiyaları şöbəsi Tədrisin keyfiyyətinin qiymətləndirilməsi və idarə edilməsi mərkəzinin tərkibindən çıxarılaraq UNEC Extern tədris mərkəinin strukturuna daxil edilib.
Əliyeva Könül Səfərli | Şöbə müdiri ictimai əsaslarla |
Hüseynova Leyla Fikrət | Böyük mütəxəssis |
Hüseynova Qumral Sübhan | Böyük mütəxəssis |
Məmmədova Səidə Yaqub | Böyük mütəxəssis |
Hüseynova Tofiqə Ataxan | Aparıcı mütəxəssis |
Əsədzadə Müjgan Tofliq | Mütəxəssis |
Heydərova Çinarə Çinqiz | Mütəxəssis |
Əliyeva Fatimə Natiq | Mütəxəssis |
Məmmədli Məryəm Məhəmməd | Mütəxəssis |
UNEC Extern tədris mərkəzinin əsasnaməsi
UNEC Extern
Tədris Mərkəzinin
Əsasnaməsi
UNEC Elmi Şurası __ saylı qərarı ilə
təsdiq olunmuşdur
1. ÜMUMİ MÜDDƏALAR
1.1. Azərbaycan Dövlət İqtisad Universitetinin “UNEC Extern Tədris Mərkəzinin” (bundan sonra - Mərkəz) Azərbaycan Dövlət İqtisad Universitetinin (bundan sonra – UNEC ) Elmi Şurasının “___” __________” 2021-ci il tarixli “___” №-li qərarı ilə yaradılmışdır.
1.2. Bu Əsasnamə Mərkəzin məqsədlərini, vəzifələrini, strukturunu fəaliyyət istiqamətlərinin təşkili qaydasını, müəyyən edir və onun UNEC-in digər bölmələri ilə qarşılıqlı əlaqələrini tənzimləyir.
1.3. Mərkəz UNEC struktur bölməsidir, tərkibində “Təhsil və Təlim texnologiyalar” şöbəsi fəaliyyət göstərir və UNEC-in korporativ saytı daxilində öz internet səhifəsinə malikdir.
1.4. Mərkəz öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, “Təhsil haqqında” qanunu və digər normativ-hüquqi aktları, Təhsil Nazirliyinin əmr və qərarlarını, UNEC-in nizamnaməsini, Elmi şuranın qərarlarını, rektorun əmr və sərəncamlarını və bu Əsasnaməni rəhbər tutur.
1.5. Mərkəz UNEC-in Elmi şurasının qərarı ilə yaradılır və ya ləğv edilir. Bu Əsasnamə və ona edilən dəyişikliklər UNEC-in Elmi şuranın qərarı ilə qəbul olunur.
2. Mərkəzin əsas vəzifələri:
2.1. UNEC-də müasir informasiya-kommunikasiya texnologiyalarına əsaslanan elektron idarətetmə modeli və distant təhsilalma formasının (bundan sonra mətn üzrə – EİM və DTF) tətbiqi, inkişafı və təkmilləşdirilməsi;
2.2. UNEC-də DTF-nin həyata keçirilmə metodlarının işlənib hazırlanması;
2.3. UNEC-də EİM-nin və DTF-nın tətbiqi üzrə layihələrinin hazırlanlması, bu layihələrin icrasının, koordinasiyası və monitorinqi;
2.4. UNEC-də EİM-nin və DTF-nin tətbiqi ilə həyata keçirilən tədris prosesinin təşkili və idarə olunması;
2.5. DTF proqramlarının məzmununun işlənib hazırlanması, tədrisin təşkili və dəstəklənməsi istiqamətində qabaqcıl təcrübələrin EİM-də tətbiq edilməsi;
2.6. EİM və DTF tənzimləyən normativ-hüquqi sənədlərin təhlil olunması və tətbiqi;
2.7. DTF üzrə marketinq araşdırmalarının həyata keçirilməsi və dinləyicilər dairəsinin müəyyən edilməsi, onların cəlb olunması strategiyasının işlənib hazırlanmasının və həyata keçirilməsinin təşkil edilməsi;
2.8. Mərkəzin fəaliyyəti ilə bağlı UNEC-in digər struktur bölmələri ilə qarşılıqlı əlaqələrin təşkil edilməsi;
2.9. EİM-nin və DTF-nin tətbiqi ilə əlaqədar tədris prosesinin təkmilləşdirmə məqsədi ilə təlimlərinin təşkil olunması;
2.10. UNEC-in saytında aidiyyatı məlumatların və metodik vəsaitlərin yerləşdirilməsinin təşkili;
2.11. DTF kursların tədris-metodiki bazasının formalaşdırılması və universitetin hazırlıq istiqamətləri (ixtisaslar) üzrə müvafiq tədris-metodiki materialların UNEC-in müvafiq struktur bölmələri ilə birgə monitorinqinin təşkil olunması;
2.12. Dinləyicilərin peşə fəaliyyətinə hazırlanmasına yönəldilmiş ixtisas artırma və yenidən hazırlanma istiqamətində DTF üzrə proqramlarının işlənib hazırlanması və tətbiqinin həyata keçirilməsi;
2.13. EİM və DTF layihələrinin texnoloji, təşkilati və analitik təminatının təşkil edilməsi.
2.14. EİM və DTF sahəsində qabaqcıl dünya təcrübələrin tətbiqi hesabına təhsilin keyfiyyətinin artmasına və UNEC tərəfindən təqdim olunan təhsil xidmətləri dairəsinin genişlənməsinin təmin edilməsi;
2.15. UNEC-də korporativ təhsil xidmətlərinin təşkil edilməsi;
2.16. Mərkəzin layihələrinin həyata keçirilməsi üçün beynəlxalq distant təhsil platformaları ilə əməkdaşlıq edilməsi;
2.17. Onlayn təhsil məzmununun işlənib hazırlanmasında, qabaqcıl dünya təcrübələrin öyrənilməsi və tətbiq edilməsi;
3. MƏRKƏZİN ƏSAS FUNKSİYALARI:
Qarşıya qoyulmuş vəzifələrə uyğun olaraq Mərkəz aşağıdakı funksiyaları yerinə yetirir:
3.1. UNEC-də EİM-nin və DTF-nın genişlənməsi üzrə layihələrinin hazırlanlması, bu layihələrin icrasının, koordinasiyası və monitorinqi:
3.1.1. UNEC-in tərəfdaşları ilə EİM və DTF üzrə qarşılıqlı əlaqələri təşkil edir;
3.1.2. EİM və DTF üzrə universitetdaxili sənədlərin hazırlanmasını təşkil edir;
3.1.3. UNEC-in mərkəz, məktəb, filial, kollec və digər struktur bölmələrinin EİM və DTF üzrə fəaliyyətinin koordinasiyasını həyata keçirir;
3.2. EİM-nin və DTF-nın layihələrinin texnoloji, təşkilati və analitik təminatı üzrə:
3.2.1. Müqavilələrin hazırlanması, bağlanması və icrasına nəzarəti həyata keçirir;
3.2.2. EİM və DTF sahəsində yaradılan intellektual mülkiyyət üzərində UNEC-in müstəsna hüquqlarının təsbit olunması məqsədilə zəruri sənədləri təqdim edir;
3.2.3. UNEC-in aidiyyəti struktur bölmələri ilə birlikdə distant tədris nəticələrinin qiymətləmdirilməsi metodikalarını işləyir və tətbiq edir;
3.2.4. Distant kursların işlənib hazırlanması proseslərinin informasiya dəstəyini, elektron təhsil məzmunun səmərəliliyinin qiymətləndirilməsini, istifadə edilən təhsil texnologiyaları və metodlarının səmərəliliyinin təhlilini həyata keçirir;
3.2.5. Distant kursların müəllimlərinə metodik məsləhət və dəstək verilməsini; onlayn kursların işlənib hazırlanması və tədris prosesinə tətbiqinin təşkilati və metodiki dəstəklənməsini; zəruri metodiki və təşkilati materialların işlənib hazırlanmasını təmin edir;
3.2.6. EİM üzrə müəllimlərinə məsləhət və dəstək verilməsini; zəruri metodiki və təşkilati materialların işlənib hazırlanmasını təmin edir;
3.2.7. İnformasiya-telekommunikasiya şəbəkələrindən istifadə olunmaqla distant formada nəzarət və qiymətləndirmə tədbirlərinin həyata keçirilməsini təmin edir;
3.2.8. EİM və DTF kursların statistik məlumatlarının tədqiqat məqsədləri üçün təqdim olunmasını koordinasiya edir və analitik hesabatlar hazırlayır;
3.3. DTF proqramlarının məzmununun işlənib hazırlanması, tədrisin təşkili və dəstəklənməsi istiqamətində qabaqcıl təcrübələrin tətbiqi üzrə:
3.3.1. DTF üzrə müasir dünya təcrübəsini təhlil edir;
3.3.2. Distant təhsil məsələləri üzrə tədbirlər (seminarlar, təqdimatlar, yay və qış məktəbləri, ustad dərsləri) həyata keçirir;
3.3.3. DTF ilə bağlı layihələrin ekspertizasını və öz fəaliyyət dairəsinə daxil olan məsələlər üzrə məsləhətləşmələri təşkil edir;
3.3.4. DTF üzrə materialların UNEC-in korporativ saytında yerləşdirmək üçün təqdim edir.
4. MƏRKƏZ DİREKTORUNUN SƏLAHİYYƏTLƏRİ:
4.1. Mərkəzin fəaliyyətinə bilavasitə rəhbərlik edir, UNEC rektorunun əmri ilə təyin olunur və azad olunur.
4.2. Vəzifələri:
4.2.1. Mərkəzin fəaliyyətinin təşkili, həmçinin fəaliyyətini tənzimləyən universitet daxili sənədlərin layihələrinin hazırlanmasını təşkil edir;
4.2.2. Mərkəzin səlahiyyət dairəsinə aid məsələlər üzrə UNEC-in digər struktur bölmələri ilə qarşılıqlı əlaqəni təşkil edir.
4.2.3. Bu Əsasnamə ilə müəyyən edilən funksiyaların, UNEC-in Elmi şurasının qərarlarının, UNEC rəhbərliyinin əmr, sərəncam və göstərişlərinin yerinə yetirilməsini təmin edir;
4.2.4. Mərkəzin fəaliyyətinin təkmilləşdirilməsi, onun işinin səmərəliliyinin artırılması barədə rektora təkliflər verir;
4.2.5. Mərkəz işçilərinin fəaliyyətinə bilavasitə rəhbərlik və nəzarət edir, onların vəzifə təlimatlarını və iş bölgüsünü həyata keçirir;
4.2.6. Mərkəzin fəaliyyəti ilə bağlı sənəd layihələrini işləyib hazırlayır;
4.2.7. UNEC-in müvafiq struktur bölmələri ilə birlikdə Mərkəz işçilərinin ixtisasının artırılmasını təşkil edir;
4.2.8. EİM və DTF sahəsində UNEC-də həyata keçirilən təhsil layihələrinin ümumi koordinasiyasına nəzarət edir:
4.2.9. Mərkəzdə ış yerlərində yüksək məhsuldarlıqlı, keyfiyyətli əmək üçün əlverişli şərtlərin yaradılmasını təmin edir;
4.2.10. Mərkəzin xidmətlərindən istifadə edən digər ali təhsil müəssisələri ilə qarşılıqlı münasibətləri koordinasiya edir;
4.2.11. Qarışıq tədris metodu (Blended learning) modelinin tətbiqi və həyata keçirilməsi üzrə mərkəz, məktəb, filial, kollec və UNEC-in digər struktur bölmələrinin fəaliyyətini koordinasiya edir;
4.2.12. Hibrid tədris metodu (Blended learning) modelinin tətbiqi və həyata keçirilməsi üzrə mərkəz, məktəb, filial, kollec və UNEC-in digər struktur bölmələrinin fəaliyyətini koordinasiya edir;
4.2.13. Müvafiq dövlət təhsil standartlarının tələblərinə uyğun olaraq, DTF və EİM istifadə olunmaqla, UNEC tərəfindən hazırlanmış əlavə peşə hazırlığı proqramlarının, tədris, tədris-tematik planlarının işlənib hazırlanmasını təşkil edir və onları müvafiq qaydada təsdiq olunması üçün təqdim edir.
4.2.14. Mərkəz işçiləri tərəfindən AR qanunvericiliyinə, UNEC-in nizamnaməsinə, o cümlədən Daxili intizam qaydalarına, əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına, yanğın təhlükəsizliyi qaydalarına riayət olunmasına nəzarət edir;
4.2.15. UNEC rektorunun digər tapşırıqlarını yerinə yetiri.
4.3. Hüquqları:
4.3.1. Mərkəzin işçiləri tərəfindən AR qanunvericiliyinə, UNEC-in nizamnaməsi, o cümlədən UNEC-in daxili intizam qaydalarına, əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına, yanğın təhlükəsizliyi qaydalarına riayət olunmasını, UNEC-in Elmi şurasının qərarlarının, UNEC-in əmr və sərəncamlarının, UNEC rəhbərliyinin göstərişlərinin yerinə yetirilməsini Mərkəzin işçilərindən tələb etmək;
4.3.2. Mərkəzin işçilərindən öz vəzifə təlimatları ilə müəyyən edilmiş öhdəlikləri tam həcmdə və keyfiyyətli yerinə yetirməyi tələb etmək;
4.3.3. Mərkəzin funksiyalarını yerinə yetirmək üçün zəruri olan material və məlumatları UNEC-in aidiyyəti bölmələrindən tələb etmək.
Məsuliyyəti:
4.4. Bu Əsasnamə ilə müəyyən edilmiş funksiyaların vaxtında və keyfiyyətli icrasını təmin edilməsinə məsuliyyət daşıyır.
5. UNEC-in DİGƏR STRUKTUR BÖLMƏLƏRİ İLƏ QARŞILIQLI ƏLAQƏ
5.1. Mərkəzin UNEC-in digər struktur bölmələri ilə qarşılıqlı əlaqəsi bu Əsasnamə ilə ona həvalə edilmiş fuknsiyalarla müəyyən olunur.
5.2. Mərkəz aşağıdakı struktur bölmələrlə qarşılıqlı əlaqəni təmin edir:
5.2.1. UNEC-in Tədris-Metodiki və keyfiyyət təminatı Mərkəzi ilə aşağıdakı məsələlər üzrə:
- proqramların həyata keçirilməsinin tədris-metodiki təminatı;
- tədris planlarının razılaşdırılması və təsdiqi prosedurunun işlənib hazırlanması və həyata keçirilməsi;
- tədris prosesinin EİM təşkilinə nəzarət;
5.2.2. Fakültələr, filiallar və digər tədris struktur bölmələri ilə DTF-nın və EİM-nin inkişafı və həyata keçirilməsi məsələləri üzrə;
5.2.3. Marketinq və kommunikasiya departamenti ilə aşağıdakı məsələlər üzrə:
- UNEC-in korporativ saytında Mərkəzin fəaliyyəti barədə və DTF və EİM layihələrinin həyata keçirilməsi barədə məlumatların yerləşdirilməsi;
- Mərkəz tərəfindən həyata keçirilən tədbirlər barədə məlumatların yerləşdirilməsi
- Kütləvi informasiya vasitələrində və sərgilərdə Mərkəzin layihələri haqqında məlumatların təqdim olunması;
5.2.4. Elektron idarəetmə mərkəzi ilə distant təhsilin informasiya mühitinin inkişafı tədbirlərin texniki təminatı məsələləri üzrə;
5.2.5. Hüquq şöbəsi ilə Mərkəzin fəaliyyətinin hüquqi təminatı məsələləri üzrə;
5.2.6. Maliyyə və təminat departamenti ilə ilə aşağıdakı məsələlər üzrə:
- maliyyə planlaşdırması və hesabat işlərinin aparılması;
- müəllimlərə ediləcək ödənişlərin şərtləri üzrə maliyyə sənədlərinin hazırlanması;
5.2.7. UNEC-in digər struktur bölmələri ilə bu Əsasnaməyə uyğun olaraq Mərkəzə həvalə edilmiş funksiyaların yerinə yetirilməsi ilə əlagədar yaranan məsələlər üzrə.
6. MƏRKƏZİN “TƏHSİL VƏ TƏLİM TEXNOLOGİYALARI”ŞÖBƏSİ
Bu Əsasnamənin 1.7. bəndində müəyyən edilmiş şöbəsi öz fəaliyyəti istiqamətində uyğu olaraq vəzifəsini yerinə yetirir.
6.1. Təhsilin elektron idarəetməsinin davamlı təşkili, inkişafı və təkmilləşdirir;
6.2. Tədris prosesinin fasiləsiz keçirilməsi məqsədilə aidiyyatı struktur bölmələrə verilmiş tapşırıqların icrasına nəzarət, koordinasiyası və monitorinqi təmin edir;
6.3. UNEC və nəzdində fəaliyyət göstərən filiallarda EİM təşkili, nəzarəti və idarə edilməsini təmin edir;
6.4. EİM-də tədrisin təşkili və dəstəklənməsi istiqamətində qabaqcıl yanaşmaları təhlil və tətbiq edir;
6.5. EİM sistemin istifadəsi və aidiyyatı struktur bölmələrinin istifadəçiləri ilə təlimlərin təşkili;
6.6. İstifadəyə hazırlanan modullar üzrə sınaqlar keçirir;
6.7. Keçirilmiş sınaq nəticəsinə uyğun olaraq müvafiq komissiya, qurum və tərəfdaş şirkətə məlumatların ötürür;
6.8. Yeni tədris proqramlarına uyğun olaraq EİM-ə məlumatları daxil edilməsini təmin edir;
6.9. EİM-dən istifadəçilər (tələbə, müəllim, inzibati heyət) tərəfindən daxil olmuş sorğuların qeydiyyatı, təhlili və həlli istiqamətində müvafiq işlərin görülməsini təmin edir;
6.10. Tələb olunan hesabatların hazırlanmasını və təqdim olunmasını təmin edir.
UNEC Extern tədris mərkəzinin əməkdaşları
Əziz Zaur Vaqif | Direktor |
Cəbrayılova Kəminə Camaləddin | Tədris işləri üzrə direktor müavini |
Məmmədov Ramil Sabir | Böyük mütəxəssis |
Aslanova Bənövşə Babək | Böyük mütəxəssis |
İbrahimova Aytac Bahəddin | Mütəxəssis |
Qasımova Əminə Əliyar | Mütəxəssis |
Əhmədova Ulduz Cavanşir | Kiçik mütəxəssis |
İsmizadə Günel Yusif | Operator-kargüzar |
UNEC Extern tədris mərkəzi ilə əlaqə
Ünvan:
AZ 1001, Bakı, İstiqlaliyyət küç., 6.
Telefon: (+99412) 492-59-03 (----)
E-poçt: [email protected]