Beynəlxalq ticarət və logistika ixtisası dünya dövlətləri arasında yaranan iqtisadi münasibətlərin xüsusi bir tipi olan beynəlxalq ticarətin təşkilini, müxtəlif sistemlərdə müasir informasiya-kompüter texnologiyaları vasitəsilə maddi-material axınlarının, informasiya, maliyyə və insan resurslarının planlaşdırılmasını və idarə olunmasını təmin eləyən mütəxəssis hazırlayır. Məzunlar XXI əsrin ən tələb olunan peşəsi olan logistika ixtisasına yiyələnərək maddi və informasiya axınlarının idarə olunmasını təmin edir, eyni zamanda, təchizat zəncirlərinin idarə olunması, beynəlxalq nəqliyyat əməliyyatlarının təşkili, dünya nəqliyyat bazarının fəaliyyətinin nəzəri əsasları üzrə bacarıqlara malik olurlar. Xarici təchizat və tərəfdaşlarla işləməli olacaq məzunlar beynəlxalq iqtisadiyyatın logistik inkişaf istiqamətlərini, beynəlxalq biznesin logistik strukturlarını, beynəlxalq logistika menecmentini, logistika xidmətlərini, beynəlxalq logistika fəaliyyətinin hüquqi təminatını və s. bilmək imkanını əldə edirlər.
Tədris Planı
Ali təhsil səviyyəsi | Bakalavriatura | |
İxtisas qrupu | 4. İqtisadiyyat və idarəetmə ixtisasları qrupu | |
İxtisasın adı | Beynəlxalq ticarət və logistika | |
İxtisasın kodu | 050401 | |
İxtisasın işarəsi | BTL | |
Normativ təhsil müddəti | 4 il | |
Tədris dili və fakültəsi | azərbaycan | Biznes və menecment |
| rus | Rus iqtisad məktəbi |
| türk | Türk dünyası iqtisad |
| ingilis | Beynəlxalq iqtisad məktəbi |
| ingilis | SABAH mərkəzi |
*
İxtisasın tədris illəri üzrə işçi tədris planı