Maliyyə

II ixtisas qrupu

“İqtisadiyyat və idarəetmə ixtisasları” qrupuna daxil olan Maliyyə ixtisasında dövlət və özəl sektorun maliyyə məsələləri ilə bağlı üzləşdiyi problemlərə elmi metodlardan istifadə etməklə lazımi həll yollarını hazırlamaq üçün ixtisaslı işçi qüvvəsi hazırlanır. 
Hal–hazırda Maliyyə ixtisası gələcək üçün ən çox perspektivlər vəd edən ixtisaslar arasındadır. Bu ixtisas üzrə məzun olanlar dövlət maliyyə institutlarında, banklarda, sığorta, investisiya, audit və maliyyə məsləhətçi şirkətlərində karyera imkanları əldə edə bilərlər. Maliyyə ixtisaına sahib olan məzunlar doğru və hədəflənmiş büdcə planlamasının həyata keçirilməsi, büdcə vəsaitlərindən səmərəli istifadənin monitorinqi, vergilərin və digər ödənişlərin vaxtında tutulmasının monitorinqi, rəqəmsal bankçılıq, müəssisənin illik büdcəsininin hazırlanmasını təşkil etmək və icrasına nəzarət etmək, maliyyə bazarları alətlərindən istifadə, şirkətin kapitalının idarə edilməsi, maliyyə vəziyyətinin monitorinqi, investisiya layihələrinin məqsədəuyğunluğunun qiymətləndirilməsi, bazarın, müəssisənin maliyyə vəziyyətinin, maliyyə və şirkətin əhatə dairəsi ilə əlaqədar qanunvericilik yeniliklərinin monitorinqi, biznes planların hazırlanmasında, risklərin qiymətləndirilməsində və idarə edilməsində iştirak, iqtisadi proseslərin proqnozlaşdırılması və s.bilmək imkanını əldə edirlər. 

TƏDRİS PLANI

Fənlərin adı

Kredit

I tədris ili

 

Azərbaycan dilində işgüzar və akademik kommunikasiya

4

Xarici dildə işgüzar və akademik kommunikasiya-1

4

İqtisadiyyata giriş

6

Xətti cəbr və riyazi analiz

8

İKT -baza komputer bilikləri

8

Azərbaycanın tarixi

5

Xarici dildə işgüzar və akademik kommunikasiya-2

3

Ehtimal nəzəriyyəsi və riyasi statistika

8

Karyera planlaması

5

Yumşaq bacarıqlar (Soft skills)

9

 

 

II tədris ili

 

Xarici dildə işgüzar və akademik kommunikasiya-3

4

Mikroiqtisadiyyat

10

Korporativ maliyyə

6

Maliyyə bazarları

4

  1. Biznesin əsasları
  2. Liderlik
  3. Təşkilat nəzəriyyəsi
  4. Sosial sahibkarlıq
  5. Könüllülük fəaliyyəti

6

Xarici dildə işgüzar və akademik kommunikasiya-4

4

Makroiqtisadiyyat

10

Maliyyə uçotu

6

Maliyyə risklərinin idarəedilməsi

4

  1. Marketinq
  2. Reklam işi
  3. Beynəlxalq marketinq
  4. Qiymət siyasəti
  5. Xidmətlərin marketinqi
  6. Yeni məhslların inkişaf etdirilməsi
  7. İctimaiyyətlə əlaqələr
  8. İdman marketinqi

6

   

III tədris ili

 

Dövlət maliyyəsi

6

  1. Maliyyə uçotu*
  2. Maliyyə hesabatlılığı
  3. Xərclərin idarəedilməsi
  4. Risk və nəzarət
  5. Mühasibatda proqram təminatı

6

 

 

  1. İqtisadi dinamikanın əsasları
  2. İnnovasiya iqtisadiyyatı
  3. Firmanın iqtisadiyyatı

8

 

 

  1. Rəqəmsal iqtisadiyyat (Sahə iqtisadiyyatı)
  2. Sənaye iqtisadiyyatı
  3. Ətraf mühitin iqtisadiyyatı
  4. Azərbaycan iqtisadiyyatı
  5. Sosial sahələrin iqtisadiyyatı
  6. İnstitusional iqtisadiyyat
  7. Aqrar iqtisadiyyat
  8. Davranış iqtisadiyyatı
  9. Könüllülük fəaliyyəti

6

 

 

  1. Sabit gəlirli qiymətli kağızlar və törəmə maliyyə alətləri
  2. Opsiyonlar və fyuçerslər
  3. Sahibkarlıq maliyyəsi və vençur kapitalı
  4. Büdcə sistemi

4

 

 

Statistika

10

Menecment

7

İnvestisiyanın idarəedilməsi

6

  1. İnformasiya texnologiyaları (ixtisas üzrə)
  2. İnformasiyanın idarə edilməsi
  3. Sahibkarlığın əsasları və biznesə giriş
  4. Politoloqiya

3

 

 

  1. Maliyyə təhlili
  2. Şirkət birləşmələri, satınalmalar və özəl kapital
  3. Dövlətin gəlir və xərclərinin idarəedilməsi

4

 

 

IV tədris ili

 

Ekonometrika

10

Vergitutma

4

Mülki müdafiə

3

  1. Bank işi
  2. Sığorta
  3. Maliyyə riyaziyyatı
  4. Davranış maliyyəsi
  5. Aktivlərin qiymətləndirilməsi və idarəedilməsi
  6. Maliyyə mühəndisliyi
  7. Könüllülük fəaliyyəti

7

 

 

  1. Alternativ investisiyalar
  2. Portfelin idarəedilməsi
  3. Maliyyə modelləşdirilməsi
  4. Beynəlxalq vergitutma

6

 

 

Maliyyə menecmenti

4

Sərt bacarıqlar (Hard skills)

10

İstehsalat təcrübəsi / layihə

6

  1. Fəlsəfə
  2. Sosiologiya
  3. AR Konstitusiyası və hüququn əsasları
  4. Məntiq
  5. Etika
  6. Multikulturalizmə giriş

3

 

 

  1. Proseslərin idarə edilməsi
  2. Beynəlxalq menecment
  3. Müasir idarəetmə metodları
  4. İnkişafın idarəedilməsi

7

·    UNEC hər semester imtahanlarda yüksək nəticə göstərən istedadlı tələbələrinə əlaçılıq təqaüdündən əlavə TOP 15 təqaüdü verir
·    600+ bal toplayan I kurs tələbələrinə, birinci semester 100 AZN əlavə təqaüd verilir.

UNEC təhsil həyatınızı unudulmaz etmək üçün mübadilə proqramları təklif edir. Aşağıda qeyd olunan Avropa və Türkiyə universitetində bir semester həm oxuya, həm də səyahət edə bilərsiniz
·    Erasmus proqramı çərçivəsində Almaniya, Fransa, Koreya, Litva və s. Avropa universitetlərində
·    Mevlana proqramı çərçivəsində Türkiyənin Hacettepe, İstanbul, Yıldız Teknik Universiteti kimi 48 universitetində təhsil almaq və beynəlxalq təcrübə qazanmaq imkanı yaradılır.

    Elektron idarəetmə platforması EDUMAN
·    “UNEC Ekstern” onlayn tədris mərkəzi 
·    Virtual müəssisə
·    24/7 kitabxana
UNEC-də yaradılan innovasiya mərkəzləri vasitəsilə siz həm nəzəri, həm də praktiki biliklər əldə edəcəksiniz.
 

·    II ixtisas qrupu üzrə Dövlət İmtahan Mərkəzinin müəyyən etdiyi qayda və prosedurlar əsasında; 
·    müsabiqədənkənar qəbul üçün müvafiq sənədləri (IB Diploma Programme, Advanced Level of General Certificate of Education, Advanced Placement) DİM-ə təqdim etməklə.

6 elmlər doktoru və 70% fəlsəfə doktoru elmi dərəcəsinə malik peşəkar müəllim heyəti müasir tədris texnologiyalarından yaranmaqla yüksək səviyyəli təlimlər həyata keçirir.

·    ümumi fənnlər;
·    nüfuzlu universitetlərin proqramları ilə inteqrasiya olunmuş ixtisas fənləri;
·    ixtisas üzrə seçmə fənnlər.
Tədris planları və sillabusların keyfiyyəti daim mütəxəssislər tərəfindən yoxlanılır, bazarın tələbələrinə uyğunluğu araşdırılır və işəgötürənlərin bütün tələblərini nəzərə almağa imkan verir.

Tələbələrə öz ixtisasları ilə yanaşı, yerli və nüfuzlu xarici universitetlərdə ikinci diplom qazanmaq imkanı təklif olunur: 
·    Montpeller Universiteti (Fransa), ICD Biznes Mərkəzi (Fransa)
·    Universitetdaxili İkili diplom Proqramı (Təhsil müddəti ərzində ikinci ixtisasın diplomunu əldə etmə imkanı)

Maliyyə meneceri
Büdcə proqnozlaşdırılması üzrə menecer
Vergi auditoru
Xəzinadarlıq meneceri
Dövlət auditoru xidmətində aparıcı mütəxəssis
Professional və rəqəmsal bank işçisi
Sığorta brokeri
Beynəlxalq təşkilatlarda maliyyə mütəxəssisi
Maliyyə bazarları xidmətində mütəxəssis