Mühasibat ixtisası müəssisənin gələcək inkişaf perspektivlərini müəyyən edilməsində iştirak edən sahələrdən biridir. Müəssisələr cari dövr ərzində maliyyə vəziyyətlərini müəyyənləşdirərəkən və eyni zamanda gələcək fəaliyyətləri barədə qərar verərkən mühasiblərin və auditorların verdiyi rəylərə əsas götürə bilərlər. “Mühasibat” ixtisasının əsas məqəsdi tələbələrə şirkətlərdə aktiv, öhdəlik və kapital anlayışı və qeydiyyatın aparılması, maliyyə cədvəlləri, maliyyə vəziyyətinin və nəticələrinin təhlili, mənfəətin planlaşdırılması və ona nəzarət edilməsi, nağd pulların hərəkəti, rüsumların, vergilərin və ödənişlərin düzgünlüyünün yoxlanılması, maliyyə hesabatlarının müəyyən edilmiş müddətdə tərtib və təqdim edilməsi, maliyyə hesabatlarının auditor yoxlamalarını aparmaq, maliyyə menecmentinin aparılması yönündə bilik və bacarıqlarını qazandırmaqdır. Müxtəlif dövlət və sahibkarlıq subyektlərində və bir çox fəaliyyət sahələrində ehtiyac böyükdür.
Mühasibat ixtisasında tədris olunan fənlərin tədris proqramları (sillabusları) beynəlxalq peşəkar kvalifikasiyalar (ACCA, CIMA) üzrə tədris proqramlarına uyğunlaşdırılmışdır. Bu isə tələbələrə həm dövlət təşkilatları, həm də özəl sektora aid biznes subyeklərində mühasib kimi çalışmaq üçün tələb olunan bilik və bacarıqları qazanmaq imkanı verir.
Mühasibat ixtisası 4 dildə (azərbaycan, ingilis, türk, rus) tədris olunur.
Mühasibat
TƏDRİS PLANI
Fənlərin adı | Kredit |
I TƏDRIS ILI |
|
Azərbaycanın tarixi | 5 |
Xarici dildə işgüzar və akademik kommunikasiya-1 | 4 |
Xətti cəbr və riyazi analiz | 8 |
İKT -baza komputer bilikləri | 8 |
Karyera planlaması | 5 |
Azərbaycan dilində işgüzar və akademik kommunikasiya | 4 |
Xarici dildə işgüzar və akademik kommunikasiya-2 | 3 |
İqtisadiyyata giriş | 6 |
Ehtimal nəzəriyyəsi və riyasi statistika | 8 |
Yumşaq bacarıqlar (Soft skills) | 9 |
II TƏDRİS İLİ |
|
Xarici dildə işgüzar və akademik kommunikasiya-3 | 4 |
Mikroiqtisadiyyat | 10 |
Maliyyə uçotu | 6 |
Biznes hüququ | 4 |
Marketinq | 6 |
Reklam işi | 6 |
Beynəlxalq marketinq | 6 |
Qiymət siyasəti | 6 |
Xidmətlərin marketinqi | 6 |
Yeni məhsulların inkişaf etdirilməsi | 6 |
İctimaiyyətlə əlaqələr | 6 |
İdman marketinqi | 6 |
Xarici dildə işgüzar və akademik kommunikasiya-4 | 4 |
Makroiqtisadiyyat | 10 |
Maliyyə hesabatlılığı | 6 |
Vergitutma | 4 |
Biznesin əsasları | 6 |
Liderlik | 6 |
Təşkilat nəzəriyyəsi | 6 |
Sosial sahibkarlıq | 6 |
Könüllülük fəaliyyəti | 6 |
III TƏDRİS İLİ |
|
Statistika | 10 |
Menecment | 7 |
İdarəetmə uçotu | 6 |
Audit | 4 |
Fəlsəfə | 3 |
Sosiologiya | 3 |
AR Konstitusiyası və hüququn əsasları | 3 |
Məntiq | 3 |
Etika | 3 |
Multikulturalizmə giriş | 3 |
Ekonometrika | 10 |
Fəaliyyətin effektiv idarə edilməsi | 6 |
İnformasiya texnologiyaları (ixtisas üzrə) | 3 |
İnformasiyanın idarə edilməsi | 3 |
Sahibkarlığın əsasları və biznesə giriş | 3 |
Politoloqiya | 3 |
Bank işi | 7 |
Sığorta | 7 |
Maliyyə riyaziyyatı | 7 |
Davranış maliyyəsi | 7 |
Aktivlərin qiymətləndirilməsi və idarəedilməsi | 7 |
Maliyyə mühəndisliyi | 7 |
Könüllülük fəaliyyəti | 7 |
Vergi auditi | 4 |
Vergi hesabatlılığı | 4 |
Biznesin qiymətləndirilməsi | 4 |
IV TƏDRİS İLİ |
|
Maliyyə menecmenti | 4 |
Maliyyə Uçotu* | 6 |
Maliyyə Hesabatlılığı* | 6 |
Xərclərin idarəedilməsi | 6 |
Risk və nəzarət | 6 |
Mühasibatda proqram təminatı | 6 |
Rəqəmsal iqtisadiyyat (Sahə iqtisadiyyatı) | 6 |
Sənaye iqtisadiyyatı | 6 |
Ətraf mühitin iqtisadiyyatı | 6 |
Azərbaycan iqtisadiyyatı | 6 |
Sosial sahələrin iqtisadiyyatı | 6 |
İnstitusional iqtisadiyyat | 6 |
Aqrar iqtisadiyyat | 6 |
Davranış iqtisadiyyatı | 6 |
Könüllülük fəaliyyəti | 6 |
İqtisadi dinamikanın əsasları | 8 |
İnnovasiya iqtisadiyyatı | 8 |
Firmanın iqtisadiyyatı | 8 |
Daxili audit | 6 |
Ali idarəetmə hesabatlılığı | 6 |
Maliyyə aktivlərinin qiymətləndirilməsi | 6 |
Mülki müdafiə | 3 |
Sərt bacarıqlar (Hard skills) | 10 |
İstehsalat təcrübəsi / layihə | 6 |
Proseslərin idarə edilməsi | 7 |
Beynəlxalq menecment | 7 |
Müasir idarəetmə metodları | 7 |
İnkişafın idarəedilməsi | 7 |
Beynəlxalq audit | 4 |
Ali maliyyə menecmenti | 4 |
Strateji biznes hesabatlılığı | 4 |
· UNEC hər semester imtahanlarda yüksək nəticə göstərən istedadlı tələbələrnə əlaçılıq təqaüdündən əlavə TOP 15 təqaüdü verir
· 600+ bal toplayan I kurs tələbələrinə, birinci semester 100 AZN əlavə təqaüd verilir.
· Elektron idarəetmə platforması EDUMAN
· “UNEC Ekstern” onlayn tədris mərkəzi
· Virtual müəssisə
· 24/7 kitabxana
UNEC-də yaradılan innovasiya mərkəzləri vasitəsilə siz həm nəzəri, həm də praktiki biliklər əldə edəcəksiniz.
II ixtisas qrupu üzrə Dövlət İmtahan Mərkəzinin müəyyən etdiyi qayda və prosedurlar əsasında;
· müsabiqədənkənar qəbul üçün müvafiq sənədləri (IB Diploma Programme, Advanced Level of General Certificate of Education, Advanced Placement) DİM-ə təqdim etməklə.
4 elmlər doktoru və 12 fəlsəfə doktoru elmi dərəcəsinə malik peşəkar müəllim heyəti müasir tədris texnologiyalarından yaranmaqla yüksək səviyyəli təlimlər həyata keçirir.
Tələbələrə öz ixtisasları ilə yanaşı, yerli və nüfuzlu xarici universitetlərdə ikinci diplom qazanmaq imkanı təklif olunur:
· Montpeller Universiteti (Fransa), ICD Biznes Mərkəzi (Fransa)
· Universitetdaxili İkili diplom Proqramı (Təhsil müddəti ərzində ikinci ixtisasın diplomunu əldə etmə imkanı).
· ümumi fənnlər;
· nüfuzlu universitetlərin proqramları ilə inteqrasiya olunmuş ixtisas fənləri;
· ixtisas üzrə seçmə fənnlər.
Tədris planları və sillabusların keyfiyyəti daim mütəxəssislər tərəfindən yoxlanılır, bazarın tələbələrinə uyğunluğu araşdırılır və işəgötürənlərin bütün tələblərini nəzərə almağa imkan verir.
UNEC təhsil həyatınızı unudulmaz etmək üçün mübadilə proqramları təklif edir. Aşağıda qeyd olunan Avropa və Türkiyə universitetində bir semester həm oxuya, həm də səyahət edə bilərsiniz
· Erasmus proqramı çərçivəsində Almaniya, Fransa, Koreya, Litva və s. Avropa universitetlərində
· Mevlana proqramı çərçivəsində Türkiyənin Hacettepe, İstanbul, Yıldız Teknik Universiteti kimi 48 universitetində təhsil almaq və beynəlxalq təcrübə qazanmaq imkanı yaradılır.
Peşəkar mühasib
· Auditor
· Vergi uçotu üzrə mütəxəssis
· Banklarda uçot və nəzarət üzrə mütəxəssis
· Maliyyə meneceri