Statistika

II ixtisas qrupu

Bakalavr pilləsində Statistika ixtisası UNEC- in yaranması tarixindən, yəni 1930-cu ildən  fəaliyyətdədir. Tədris prosesində tələbələr iqtisadiyyat, riyaziyyat, statistika və kompüter texnologiyaları sahəsində fundamental biliklər əldə edirlər. Onlar statistik məlumatların emalı, makro və mikro səviyyələrdə sosial-iqtisadi proseslərin təhlili və proqnozlaşdırılması, maşın öyrənmə metodları əsasında biznes proseslərinin statistik və riyazi modelləşdirilməsini öyrənirlər.

Statistika üzrə bakalavrlar statistik, analitik, maliyyə analitiki, biznes analitiki, marketinq analitiki vəzifələrini tuta bilərlər. Onlar statistik məlumatların, o cümlədən sosial, siyasi, iqtisadi, demoqrafik və ekoloji hadisələr haqqında rəsmi məlumatların toplanması və emalı ilə məşğul olurlar. İşin əsas hissəsini məlumatların təhlili (statistik və riyazi), sosial-iqtisadi hadisə və proseslərin modelləşdirilməsi, konkret obyektlərin vəziyyətinin və inkişaf perspektivlərinin qiymətləndirilməsi təşkil edir.

Müasir dövrdə statistik təhlil olmadan gələcəyə proqnoz vermək, əhalinin yaşayış səviyyəsini müəyyən etmək olmaz. Bu səbəbdən statistika hər dövr üçün səciyyəvidir. Statistiklər sığorta, demoqrafiya, sosial iş, keyfiyyət menecmenti, bazar və ictimai fikir araşdırmaları və s. kimi sahələrdən empirik məlumatlar toplayır.

Statistika ixtisası üzrə tədris planı  Azərbaycan Dövlət Statistika Komitəsi ilə sıx əməkdaşlıq nəticəsində hazırlanmışdır. Tədris proqramı tələbələrə həm özəl sektorda sahibkarlıq subyektlərində həm də dövlət idarələrində statistik kimi işləmək üçün tələb olunan bilik və bacarıqları qazanmağa imkan verir. İxtisas kafedrası  “Statistika və ekonometrika”  kafedrasıdır.

Statistika ixtisasında tədris olunan fənlərə nümunə olaraq aşağıdakıları göstərmək mümkündür:

Statistika, Ekonometrika, Maliyyə və bank statistikası, Milli hesablar sistemi, Sosial statistika, Müəssisələr statistikası, Əmtəə və xidmətlər bazarı statistikası, Əhali statistikası və s.

Tədris Planı

 

Ali təhsil səviyyəsi

Bakalavriatura

İxtisas qrupu

4. İqtisadiyyat və idarəetmə ixtisasları qrupu

İxtisasın adı

Statistika

İxtisasın kodu

050410

İxtisasın işarəsi

STAT

Normativ təhsil müddəti

4 il

Tədris dili və fakültəsi

azərbaycan

İqisadiyyat

 

   

*

İxtisasın tədris illəri üzrə işçi tədris planı