Biznesin idarə edilməsi ixtisasına aid olan ixtisaslaşma
Biznesin təşkili və idarəedilməsi |
Biznesin idarə edilməsi ixtisasının məqsədi tələbələrə biznes fəaliyyətinin səmərəli təşkili və idarə edilməsinin əsas prinsip və metodları barədə nəzəri və praktiki biliklərin verilməsidir. Bu ixtisas iş proseslərinin inkişafı və optimallaşdırılması üçün məsul şəxslər yetişdirir. Biznesin təşkili və idarə edilməsi üzrə magistr proqramı- idarəetmə bacarığı olan məzunlara biznes inzibatçılığı və idarə edilməsi üzrə tədrisi təşkil edən təhsil proqramıdır. İdarəçilikdə mühüm yer alan marketinq, maliyyə, planlaşdırma, logistika, iqtisadiyyat və riyaziyyat da tədris proqramını əhatə edir. Magistrlərin elmi, tənqidi düşüncə, problemlərin həlli və şəxsiyyətlərarası münasibətlər üzrə bacarıqlarını inkişaf etdirməklərinə xüsusi diqqət yetirilir.
İxtisasın əhatə dairəsi çox geniş olduğundan, karyera imkanları da çox genişdir. Lakin bununla yanaşı əmək bazarında rəqabət olduqca yüksəkdir. İxtisas sahibləri bu sahə üzrə fundamental biliklərlə yanaşı, yeni istiqamətlər üzrə bilik və bacarıqlara yiyələnərək (məsələn elektron kommersiya) rəqabət üstünlüyü əldə edə bilərlər.