Biznesin təşkili və idarə edilməsi (beynəlxalq biznes üzrə)

Biznesin idarə edilməsi ixtisası (MBA)

İxtisaslaşmanın məqsədi:

Beynəlxalq biznes ixtisaslaşmasıpraktik baxımdan beynəlxalq biznes mühitinin dərin­dən mə­nim­sənil­məsini və qeyri-müəy­yən biznes mühitində strategiyanın forma­laş­dırıl­masını öyrədir. Beynəlxalq biznes ixtisaslaşmasımüxtəlif biznes mədəniy­yəti fonunda şəf­faf biz­nes fəaliy­yə­ti gös­tərməklə yanaşı rəqabət qabiliyyətli ida­rəetmə qərarlarının qəbul edilməsi sirlərini aşı­la­yır. İx­ti­sas üzrə tədris edilən fən­lər müxtəlif regionlarda yeni biz­nes fəaliyyəti göstərən şir­kət­­­lərə vergi yükü və hüquqi iddia arasında (trade-off) düzgün seçim etməyi (Beynəlxalq biz­nes hüququ), coğrafi seqmentlərdə iqtisadi sistemin özəlliklərini öyrənməyi, qlobal təc­hi­zat şəbəkəsinin idarəedilməsini və bey­nəl­xalq maliyyə riskinin idarəedil­məsinin nəzəri və prak­tik həlli yollarınınmüəy­yən­ləşdirilməsini təmin edir.