İxtisaslaşmanın məqsədi:
İnsan resurslarının idarəedilməsi ixtisaslaşmasırəqabətə əsaslanan qlobal bazarda idarəetmə və iqtisadi prinsiplərin insan kapitalına tətbiqini tədris edir. Bu ixtisas məhsul və xidmət sahələri üzrə insan kapitalından optimal istifadə imkanlarını ön plana çəkir. Magistrantlar əmək bazarında tələb və təklif, bu sahədə dünya iqtisadiyyatının hazırkı durumu, əməyə çəkiləcək gələcək xərcləri, əməyin əvəzediciləri və digər konsepsiyaları mənimsəməklə idarəetmədə səmərəli qərarların qəbul edilməsi sahəsindəki biliklərə yiyələnəcəklər. Məhsuldar işçilərin mükafatlandırılması və işinyerinə yetirilməsinin rasional yolları müzakirə edilir. İxtisaslaşma həmçinin, idarəetmə və istehsal çərçivəsində informasiya axınının yarandığı andan maneəsiz və gecikdirilmədən, adekvat şəkildə müəssisə rəhbərinə və menecerlərə çatdırılması ilə məhsuldarlığın artırılması arasındakı bağlılığı izah edir.