Mühasibat

Təkrar ali təhsil üzrə ixtisaslar

Mühasibat ixtisasında tədris olunan fənlərin tədris proqramları (sillabusları) beynəlxalq peşəkar kvalifikasiyalar (ACCA, CIMA) üzrə tədris proqramlarına uyğunlaşdırılmışdır. Bu isə tələbələrə həm dövlət  təşkilatları, həm də özəl sektora aid biznes subyeklərində mühasib kimi çalışmaq üçün tələb olunan bilik və bacarıqları qazanmaq imkanı verir. 

Bu ixtisasda mütəxəssis hazırlığı çərçivəsində tələbələrə aşağıdakı fənlər tədris olunur: Maliyyə uçotu, İdarəetmə uçotu, Maliyyə hesabatlılığı, Fəaliyyətin effektiv idarə edilməsi, Maliyyə menecmenti, Audit.