Sosial iş

UNEC nəzdində Sosial-İqtisadi Kolleci üzrə

Sosial iş cəmiyyətdəki problemli insanların faydası və sosial rifahı üçün vasitəçi kimi çıxış edən sahədir.

İxtisas multidissiplinardır. Həssas qruplara, aztəminatlı ailələrə və cəmiyyətdə sosial problemlərlə üzləşən qruplara diaqnostik, profilaktik və reabilitasiya xidmətləri göstərən sahədir.

Sosial iş ixtisasını bitirənlər pedaqoq, ailə məsləhətçisi, psixoloji məsləhətçi, təlimçi, çətin həyat şəraitində olanlar üçün hüquq müdafiəçisi, vəkil kimi çalışa bilərlər. Sosial iş dünyada ən humanist peşə hesab olunur və yeni bir sahədir.

Sosial iş ixtisasından məzun olanlar:

  • Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində, Sosial Təminat idarələrində,
  • Sosial Müdafiə Fondunda, DOST Agentliklərində,
  • Səhiyyə sistemi və sosial-psixoloji yardım mərkəzlərində, Elm və Təhsil Nazirliyində və onun yerli orqanlarında,
  • Ailə, qadın və Uşaq Problemləri Komitəsində,
  • Güc Nazirliklərində -Fövqəladə Hallar Nazirliyində,
  • Dövlət Miqrasiya Xidmətində,
  • Ədliyyə orqanlarında və eyni zamanda
  • Dövlət İdarəetmə strukturlarının müvafiq bölmələrində,
  • Qeyri-hökümət təşkilatlarında, Həmkarlar ittifaqı təşkilatlarında peşəkar mütəxəssis kimi çalışa bilərlər.