Sənaye və məişətin müxtəlif sahələrində çox çeşiddə, miqyasda və təyinatda maşınqayırma avadanlıqlarından, vasitələrindən istifadə olunur. Eyni adlı və təyinatlı maşınqayırma məhsulları, bir məmulatn müxtəlif hissələri müxtəlif müəssisələrdə və hətta müxtəlif ölkələrdə istehsal olunur. Buna baxmayaraq, onlar bir-birlərini bərabər səviyyədə əvəz edə bilməlidirlər. Maşın mühəndisliyi ixtisası məhz bu sahədə ixtisaslı kadrların hazırlanması məqsədi ilə yaradlmışdır. Maşın mühəndisi bütün növ maşınqayırma avadanlıqlarının, vasitələrinin qəbul olunmuş kriteriyalar əsasında dizaynlaşdıran, istehsalını planlaşdıran istehsal texnologiyalarını inkişaf etdirən və test edən şəxslərdir. Bu ixtisas fizika, riyaziyyat, rəsm və kompüter elmləri ilə maraqlananlar üçün uyğundur.