İxtisaslaşmanın məqsədi:
Menecment ixtisaslaşması dövlət və özəl sektorda müəssisələrin ümumi strukturunu, idarəetmə prinsip və üsullarını, çatışmazlıqları təhlil edərək onların həllinə aid konkret çıxış yollarını göstərə biləcək insan resursları hazırlayır. Bu ixtisas magistrantları müəssisə və təşkilatlarda aparıcı menecer vəzifəsində çalışmaq məqsədilə zəruri bilik və bacarıqlarla təmin edir. Tədris müddətində magistrantlar müəssisələrin strukturunu, idarəetmə prinsip və üsullarını dərindən mənimsəmək məqsədilə danışıqlar, liderlik və qərar qəbuletmə mövzuları iləyanaşıstrategiya və strateji idarəetmə üzrə fənn materiallarını kompleks şəkilində öyrənə bilər.