İxtisaslaşmanın məqsədi:
UNEC biznes məktəbinin idmanin idarəedilməsi üzrə ixtisaslaşması idmanın idarəedilməsi, reklam, informasiya vasitələri, idmanın maliyyələşdirilməsi, marketinq proqramları kimi sahələri əhatə edən menecment bacarıqlarını aşılayan sahələrarası proqramdır. İdman sənayesi professional idman fəaliyyətindən başlayaraq dövlət və özəl sektorda idman tədbirləri, korporativ sağlamlıq və fitnes klubları da daxil olmaqla müxtəlif dinamik imkanlar təklif edir. Fitnes və sağlamlığın, o cümlədən peşəkar idmanın daha çox tanınması idman sənayesi və biznesinin qorunub saxlanması və təşviq edilməsi üçün geniş imkanlara səbəb olur. İdman tədbirləri forma və həcmindən asılı olmayaraq cəlb edilən bütün tərəfdaşların yüksək fayda əldə etməsini təmin etmək üçün peşəkar menecerlərlərin olmasını tələb edir. MBA proqramının idmanin idarəedilməsi ixtisaslaşması üzrə tədris planı magistrantları idman sənayesində böyük sahəni əhatə edən menecerlik mövqeyinə hazırlamaq üçün təşkil edilmişdir.