İxtisaslaşmanın məqsədi:
Turizm və otelçiyinin idarəedilməsi ixtisaslaşması üzrə MBA proqramı mühasibat, marketinq, iqtisadiyyat və digər əsas fənlərlə yanaşı turizm və otelçilik sahəsinə aid olan ixtisaslaşmış fənləri tədris edir. Otelçiliyin idarəedilməsi, turizmin idarəedilməsi, qida və içki məhsullarına nəzarət, marketinq və xidmət əməliyyatlarının idarəedilməsi turizm və otelçilik sənayesinin hərtərəfli əhatə edir. Bu ixtisaslaşmaüzrə MBA proqramı turizm sahəsində təşəbbüslərin irəli sürülməsi və otelçilik biznesinin fəaliyyəti üçün magistrantların turizm sənayesi və biznesin idarəedilməsində əsas bilik və bacarıqlarını formalaşdırır.