İxtisaslaşmanın məqsədi:
Layihələrin idarəedilməsi ixtisaslaşması sizin təşkilatlarda əsas problemləri müəyyən etmək, həvəsləndirmək, komanda işini aşılamaq, risklərə və kompleks layihələrə nəzarət etmək və səmərəli nəticələrə müvəffəq olmaq bacarığınızı artırır. Layihələrin idarəedilməsi ixtisaslaşması müxtəlif həcmli və əhatə dairəli layihələrin idarəedilməsi strategiyalarını öyrədir və real situasiyalara əsaslanan tapşırıqlarla layihələrdə rast gəlinən çətinliklərin qarşısını almağa imkan yaradır.