Ekologiya canlı və cansız təbiət arasındakı qarşlıqlı əlaqəni öyrənən elmdir. Ekologiya elmi ətraf mühitin qorunması, ekoloji təmizliyin təmin edilməsi ilə yanaşı, torpağın genezisini öyrənir, torpaq üçün daha yaxşı şəraitin yaradlması, təbii bitki və məhsulların səmərəliliyinin yüksəldilməsi kimi məsələləri də özündə cəmləyir. Ekologiya həmdə kimya və biologiya ilə sıx əlaqəlidir və əksər hallarda fənlərarası bir elmdir. Ekologiyanın struktur hissəsi təbiətin və bioloji müxtəlifliyin qorunması prosesdir. Müasir dünyada atmosferin və təbiətin vəziyyətini nəzərə alaraq, bu mütəxəssislərin bilik və təcrübələrinə qoyulan tələblər kimi bu peşənin də əhəmiyyəti hər il artır. Ekoloqlar həm ətraf mühitin mühafizəsi ilə bağlı təşkilatlarda, həm səhiyyə, həm də təhsil müəssisələrində işləyə bilər. Ekoloqlar, məsələn, göllərin niyə quruduğunu və ya sakinlərinin öldüyünü başa düşməyə və izah etməyə çalışırlar, torpağın, suyun, havanın vəziyyətini, həmçinin sənaye istehsalının insanlara, bitkilərə, heyvanlara təsir dərəcəsini öyrənirlər. Ekoloqlar çiklənmə dərəcəsini müəyyənləşdirir, səbəblərini təhlil edir və gələcəkdə vəziyyətin proqnozunu verirlər. Ekoloqlar həm ətraf mühitin mühafizəsi ilə bağlı təşkilatlarda, həm də səhiyyə, təhsil müəssisələrində işləyə bilər. İxtisas fizika, kimya, biologiya və coğrafiya ilə maraqlananlar üçün uyğundur.
Ekologiya ixtisası tələbələrə ekologiyanın anlayışlarını, qanunauyğunluqlarını, inkişaf tarixini, təsərrüfat fəaliyyətinin ətraf təbii mühitə zərərli təsirini onların təbii komponentlərdə yayılmasını, biosferin funksiyalarını, ətraf mühitə vurulan təsirlərin sosial-iqtisadi aspektlərini, ekoloji problemlərin, risklərin tənzimlənməsi yollarını, bu sahədə qəbul olunmuş qanunları və konvensiyaları, beynəlxalq ekoloji əməkdaşlıq, qlobal, regional və lokal səviyyələrdə ətraf mühitin vəziyyətinə nəzarəti və ekoloji problemlərin həlli yollarını öyrədir.
Ekologiya ixtisasından məzun olanlar:
- Ekologiya və Təbii Sərvətlər Nazirliyində və onun regional idarələrində,
- Fövqəladə Hallar Nazirliyində,
- Yaşıllaşdırma idarələrində,
- Ekoloji monitorinq idarələrində,
- Milli park, qoruq və yasaqlıqlarla bağlı idarələrdə çalışa bilərlər.
Həmçinin Elmi tədqiqat institutlarında, Sumqayıt texnologiya parkında, SOCAR-da, BP-də və s. çalışa bilərlər.