İxtisaslaşmanın məqsədi:
Qiymətli kağızlar ixtisaslaşmasımagistrantlara müxtəlif qiymətli kağızların və sərmayə portfelinin (investment portfolio) təhlilinin aparılmasıbacarığını aşlayır. Bu ixtisası bitirən magistrantlar kommersiya və investisiya bankları, müəssisələr və digər maliyyə institutlarında pay alətləri (shares), bondlar, opsionlar, fyuçerslər və digər törəmə (derivative) qiymətli kağızlar da daxil olmaqla kompleks sərmayə qərarlarının qəbul edilməsi üzrə karyera qura bilərlər. Müvəffəq magistrantlar bank və müəssisələrdə maliyyə alətlərinin ticarəti (trading), müəssisələrin birləşməsi (Mergers and Acquisitions), pay alətləri əsasında ödəmə və maliyyə öhdəlikləri ilə maliyələşmə üzrə vacib qərarların qəbul edilməsi prosesinə cəlb edilə bilərlər.