Beynəlxalq ticarət və logistika

Təkrar ali təhsil üzrə ixtisaslar

Logistika xərcləri minimuma endirmək və mənfəəti artırmaq üçün istehsaldan (təchizatdan) məhsulların satışına qədər proseslərin təşkili, yəni optimal həll yolunun axtarışıdır. Əməliyyat logisti istehsal prosesinin maddi təminatını, materialların və hazır məhsulların saxlanmasını təşkil edir, həmçinin alıcılar və təchizatçılarla əlaqəni təmin edir. Logistika əmək bazarında nisbətən yeni bir ixtisasdır və ən çox tələb olunan on peşə siyahısına daxil edilmişdir. Təcrübəsi az olan mütəxəsislər   satınalma menecerləri və ya koordinator vəzifələrinə iddialı ola bilər.

Bu ixtisasın məqsədi beynəlxalq kommersiya sənədlərini tanıyan, çatdırılma və ödəniş formalarını kommersiya prosedurunda tətbiq edən, satınalma, istehsalat və satış proseslərini idarə edən, gömrük qaydalarını bilən və tətbiq edən mütəxəssislər hazırlamaqdır. Bu ixtisası bitirən tələbələr xarici ticarət üzrə mütəxəssis, logistika analitiki, logistika üzrə məsləhətçi, satış mütəxəssisi, yüklərin satışı üzrə mütəxəssis, anbar əməliyyatları üzrə mütəxəssis və digər əlaqəli sahələrdə vəzifələri öz üzrələrinə götürə bilərlər.

Ticarətin sürətli inkişafı və ölkələr arasında əlaqələrin qurulması fonunda logistlərə ehtiyac durmadan artır. Hətta lazımi təcrübəsi olmayan gənc mütəxəssislər də asanlıqla perspektivli iş tapa bilərlər. Yüksək səviyyəli ixtisasa malik peşə nümayəndələri böyük dövlət və beynəlxalq şirkətlərdə nüfuzlu vəzifə sahibləri ola bilər.

Peşənin iddialı və aktiv nümayəndələrinə yaxşı qazanc gətirəcək sürətli karyera artımı təmin edilir. Bacarıqlarınızı daim təkmilləşdirirsinizsə, logistika forumlarında iştirak edirsinizsə və yeni bacarıqlar öyrənirsinizsə, bu peşəkar sahədə uğura arxalana bilərsiniz. Alimlərin fikrincə, logistika azsaylı sahələrdən biridir ki, ona tələbat yaxın illərdə daha da artacaq.

İxtisasdan asılı olaraq logistik belə müəssisələrdə işləyə bilər: mal idxal və ixrac edən şirkətlər; anbarlar; nəqliyyat şirkətləri və qovşaqları; gömrük orqanları və terminallar; bələdiyyə qurumları; xammalın emalı, məhsul istehsalı, tullantıların utilizasiyası üçün zavodlar və s.