Biznesin idarə edilməsi

Təkrar ali təhsil üzrə ixtisaslar

Biznesin idarə edilməsi ixtisası müəssisələrin fəaliyyəti, funksiyaları və əlaqələri barədə məlumat vermək və bu sahədə təcrübə təmin etmək üçün nəzərdə tutulmuşdur. İxtisas həmçinin bakalavrın praktiki, idarəetmə, ünsiyyət bacarıqları və qərar qəbuletmə bacarıqlarını inkişaf etdirməyi hədəfləyir. Bununla yanaşı, kafedranın bir məqsədi qloballaşmanın yalnız yerli çərçivədə deyil, həm də beynəlxalq ölçüdə nəzərə alınması yolu ilə getdikcə rəqabət mühitinə uyğunlaşa biləcək tələbələrə təhsil verməkdir.
Məzunlar həm özəl, həm də hökumət sektorlarında ixtisas üzrə aldıqları təlim proqramı ilə geniş bir sahədə iş tapmaq imkanı əldə edirlər. Eyni zamanda, departament kursları tələbələrə sahibkarlıq bacarıqlarını yaratmaq, öz bizneslərini qurmaq, riskləri qəbul etmək və yaradıcı düşünmək kimi kömək edir.
Məzun iqtisadi fəaliyyətin bütün sferalarında, material və maliyyə resurslarının idarə olunmasının təşkilati-iqtisadi alətlərinə, kiçik və orta sahibkarlıq subyektlərinin idarə edilməsi bacarığına malik olur. Onlar biznesin strateji idarə edilməsi, biznes lahiyələrinin və innovasiyaların idarə edilməsi, korporativ idarəetmə biliklərinə yiyələnməklə, kiçik və orta biznesdə sahibkarlıq fəaliyyətini həyata keçirmək, müəssisələrdə biznes planların və biznes-texnologiyaların işlənib hazırlanması və reallaşdırılması, mal dövriyyəsinin idarə olunması kimi bacarıqlara malik olurlar.