Maliyyə işi

UNEC nəzdində Sosial-İqtisadi Kolleci üzrə

Maliyyə ixtisasında tədris olunan fənlər tələbələrə həm dövlət maliyyəsi üzrə (vergi inzibatçısı, maliyyə auditoru), həm də özəl sektor üçün maliyyəçi (sığorta üzrə mütəxəssis, bank işçisi, maliyyə meneceri) kimi  ixtisaslaşmaq üçün tələb olunan nəzəri bilikləri qazanmağa imkan verir.

Dövlət və özəl sektorun maliyyə məsələləri ilə bağlı üzləşdiyi problemlərə elmi metodlardan istifadə etməklə lazımi həll yollarını hazırlamaq üçün ixtisaslı işçi qüvvəsi hazırlanır. Bu ixtisas üzrə məzun olanlar dövlət maliyyə institutlarında, banklarda, investisiya, audit və maliyyə məsləhətçi şirkətlərində karyera imkanları əldə edə bilərlər.