İxtisaslaşmanın məqsədi:
Mühasibat uçotu ixtisaslaşması mühasibat uçotunun beynəlxalq standartları (International Accounting Standarts), maliyyə hesabatlarının beynəlxalq standartları (International Financial Reporting Standards) səviyyəsində maliyyə hesabatlarının elementlərinin təhlili, tanınması, qiymətləndirilməsi, təkrar qiymətləndirilməsi və ləğv olunması metodlarını öyrədir. Bu ixtisas, həmçinin Amerika Mühasiblər İnstitutu (American Institute of Certified Public Accountants) və Beynəlxalq Mühasibat Standartları Şurası (İnternational Accounting Standards Board) tərəfindən qəbul edilmiş mühasibat standartlarının qlobal audit metodologiyasına uyğun olaraq yoxlanılmasını tədris edir və gələcəyin peşəkar menecerlərini hazırlayır.