İxtisaslaşmanın məqsədi:
Səhiyyənin idarə edilməsi proqramı biznes sektorunun köməyi ilə səhiyyə sahəsinə transformasiya etmək istəyən və bu sahəyə maraq göstərən şəxslər üçün nəzərdə tutulmuşdur. Bu proqram səhiyyənin idarə edilməsi üzrə texniki və idarəçilik bacarığını özündə birləşdirən sahələrarası ixtisaslaşmasıdır. Bu proqramda baza təhsili əczaçılıq, mühəndislik, sosial və humanitar sahələrdə formalaşmış şəxslərin təhsil alması mümkündür. Səhiyyənin idarə edilməsi proqramını tədris edən şəxslər səhiyyə sektorunda xidmət göstərən, iqtisadi hüquq və qanunvericiliyi bilən, iş etikası təkmil olan və analitik qərar vermək təcrübəsinə malik olan peşəkar mütəxəssislərdən ibarətdir. Bu proqramda əməliyyatların idarəedilməsi, iqtisadiyyat, maliyyə və marketinq fənləri ilə yanaşı səhiyyə xidmətləri sistemi, səhiyyə təşkilatlarının idarəedilməsi, səhiyyədə hüquq və etik məsələlər, səhiyyənin innovasiyası və qiymətləndirilməsi kimi sahələri əhatə edən fənlər tədris edilir.